Kənd təsərrüfatında yaz-tarla işləri aparılır və bu il mayın 1-nə kimi 295,7 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 39,6 min hektar sahədə dənlilər və dənli paxlalı bitkilər (ondan 19,1 min hektarı dən üçün qarğıdalı), 52,1 min hektarda kartof, 48,3 min hektar sahədə tərəvəz, 14,7 min hektarda bostan bitkiləri, 71,4 min hektarda pambıq, 4,7 min hektar sahədə şəkər çuğunduru, 9 min hektarda dən üçün günəbaxan, 0,9 min hektarda tütün, 52,4 min hektar sahədə çoxillik otlar, 0,6 min hektarda birillik otlar və 2 min hektar sahədə sair yazlıq bitkilər əkilib.
Bu barədə Fins.az-a Dövlət Statistika Komitəsindən bildirilib.