AQRO

22 May

Laçınlı kümçülər bu il 400 kiloqram yaş barama istehsal etməyi nəzərdə tutublar

Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlı məcburi köçkünlər üçüncü ildir ki, ipəkqurdu bəsləyirlər.

Laçın Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirib ki, barama yetişdirilməsi ilə əlaqədar laçınlı məcburi köçkün ailələrə 10 qutu (190 qram) ipəkqurdu toxumu paylanılıb. Bu il 400 kiloqram yaş barama istehsal etməyi nəzərdə tutan laçınlı kümçülər hazırda ipəkqurduların bəslənməsini davam etdirirlər.

Qeyd edək ki, laçınlı məcburi köçkünlər 2018-ci ildə 1067 kiloqram, 2019-cu ildə isə 1296,78 kiloqram barama istehsal ediblər.