Əsasən kənd təsərrüfatı rayonu olan Salyanda heyvandarlıq aqrar sektorun aparıcı sahələrindən biridir. Rayonda bu sahənin inkişafına xüsusi diqqət yetirildiyindən heyvanların baş sayı ilbəil çoxalır ki, bu da məhsul artımına müsbət təsir göstərir.
Rayon statistika idarəsinin rəisi Elnur Hüseynov Fins.az-a bildirib ki, hazırda ayrı-ayrı heyvandarlıq təsərrüfatlarında 63 min 124 baş iribuynuzlu mal-qara, 185 min 325 baş qoyun-keçi saxlanılır. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 35 baş çoxdur. Naxırda ana inək və camışların baş sayı 33 min 212 başa çatıb.
Cari ilin ötən 4 ayı ərzində rayonun heyvandarlıq təsərrüfatlarında 3 min 254,7 ton ət (diri çəkidə), 17 min 682 ton süd, 10 milyon 875 min ədəd yumurta istehsal olunub ki, bu da ötən il istehsal olunan süddən 20 ton, yumurtadan isə 67 min ədəd çoxdur.