AQRO

19 May

İmişlidə indiyədək 26 tondan çox yun qırxılıb

İmişlidə qoyunçuluq əsas təsərrüfat sahəsi hesab olunur. Rayonda təsərrüfatın bu sahəsinə böyük maraq olduğundan sürülərdə davarların baş sayı ilbəil artır. İndi onlarla fermer qoyunçuluqla məşğul olur və yaxşı mənfəət götürürlər.

Rayon Statistika idarəsindən Fins.az-a bildirilib ki, hazırda İmişlinin qoyunçuluq təsərrüfatlarında 255 min 617 baş qoyun-keçi bəslənilir. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 1191 baş çoxdur.

Bir neçə gündür ki, rayonun qoyunçuluq təsərrüfatlarında yun qırxımına başlanılıb. İndiyədək fermerlər bəslədikləri qoyunlardan 26 tondan çox yun tədarük ediblər. Hər qoyundan orta hesabla 1,9 kiloqram yun götürülür. Ötən il isə bu rəqəm 1,8 kiloqram olub.

Rayonda ən yüksək nəticəyə fermer İsmi Atakişiyev və Daşqın Kazımov nail olub. Məhsul istehsalçıları qoyunların hər birindən 2 kiloqramdan çox yun götürüblər.