AQRO

19 May

Taxıl biçininə hazırlıq işləri yekunlaşır

Göyçay rayonunda taxıl biçininə hazırlıq işləri başa çatdırılır.

Rayon İcra Hakimiyyətindən Fins.az-a bildirilib ki, mühüm strateji sahə olan taxılçılıq Göyçayda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Ötən ilin payızında rayonda 2020-ci ilin məhsulu üçün 14 min 75 hektar ərazidə, o cümlədən 9775 hektar suvarılan, 4300 hektar isə dəmyə torpaqlarda payızlıq taxıl əkini aparılıb. Əkin sahələrinin 7271 hektarında buğda, 6804 hektarında isə arpa yetişdirilib. Vegetasiya müddətində sahələrdə bütün aqrotexniki tədbirlərə riayət olunaraq mineral gübrələrdən istifadə olunub, alaq otlarına qarşı herbisidlər tətbiq olunub və suvarılan torpaqlarda suvarma işləri aparılıb. Sahələrdə bol məhsul yetişmək üzrədir. İlkin olaraq arpa biçiləcək. Hazırda rayonda biçin üçün 21 ədəd kombayn işlək vəziyyətə gətirilib. Mayın axırlarından etibarən biçin kompaniyasına start verilməsi nəzərdə tutulur.