AQRO

18 May

Hacıqabulda istixanalardan 631 ton tərəvəz yığılıb

Hacıqabulda istixana kompleksinin şəbəkəsi ilbəil genişləndirilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildiriblər ki, hazırda rayonun ayrı-ayrı yaşayış məntəqələrində 29,2 hektar ərazidə 21 istixanada tərəvəz (pomidor, xiyar) yetişdirilir. Cari ilin ötən ayları ərzində bu istixanalardan 631 ton tərəvəz yığılaraq daxili və xarici bazarlara göndərilib. Tədarük olunan məhsulun 532 tonunu pomidor, 69 tonunu isə xiyar təşkil edib.

Məhsul istehsalçıları bu sahədən yaxşı mənfəət götürdükləri üçün istixanaların salınmasına da diqqət artıb. Ötən il rayonun Meyniman və Qubalı Baloğlan kəndlərində bir neçə istixananın tikintisinə başlanılıb. Atbulaq kəndində isə “Hajigabul Greenhouse” MMC tərəfindən 17 hektar ərazinin 10 hektarında İspaniya texnologiyası əsasında yeni bir istixana tikilib istifadəyə verilib. İstixananın məhsul istehsal gücü 1 hektara 250-300 tondur. İstixanada 100 nəfər daimi iş ilə təmin olunub.