AQRO

09 May

Masallıda 57 kümçüyə 140 qutu ipəkqurdu toxumu paylanılıb

Masallı rayonunda 57 kümçüyə Qax Damazlıq İpəkçilik Stansiyasından gətirilmiş 140 qutu ipəkqurdu toxumu paylanılıb.

Bu barədə Masallı Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a məlumat verilib.

Qeyd olunub ki, ötən il rayonda baramaçılıqla məşğul olan kümçülərə 125 qutu ipəkqurdu toxumu paylanılıb. Kümçülər 5 ton 318 kiloqram yaş barama tədarük edərək “Azəripək” MMC-yə təhvil veriblər. Təhvil verilən yaş baramaya görə 49 nəfər kümçüyə 47 min 565 manat vəsait ödənilib.

Bu il Masallıda 5 ton 600 kiloqram yaş baramanın tədarükü nəzərdə tutulub.