AQRO

09 May

Bu ilin ilk rübündə Samuxda 64 yeni istixana yaradılıb

Bölgələrdə işsizliyin aradan qaldırılmasında və əhalinin gəlirlərinin artırılmasında mühüm rola malik istixanaların sayı Samux rayonunda da ildən-ilə artırılır. Bu ilin birinci rübündə Samux rayonunda 174 istixana qeydə alınıb. Onlardan 81-i ilin ilk rübündə fəaliyyət göstərib. Həmin istixanaların 5-i kənd təsərrüfatı müəssisələrində, 76-sı isə əhali təsərrüfatlarında olub.

Samux Rayon Statistika İdarəsindən Fins.az-a bildirilib ki, 2020-ci ilin birinci rübündə rayonda 64 yeni istixana təsərrüfatı yaradılıb ki, bunun da 4-ü artıq fəaliyyət göstərir.

Ümumi sahəsi 73,2 hektara çatdırılan istixanalardan 56,5 hektarında əkin aparılıb. İstixanalarda bu ilin ilk rübündə 56,4 hektar tərəvəz, 0,1 hektar isə çiyələk yetişdirilib. Təsərrüfatlardan 1422,8 ton tərəvəz və 2,8 ton çiyələk götürülüb. İstehsal olunan tərəvəzin 14,3 tonu xiyar, 1408,5 tonu pomidor olub. Bu ilin birinci rübündə istixanalarda yetişdirilən xiyarın 1 kiloqramının istehsalçı qiyməti 1 manat, pomidorun 1 kiloqramının qiyməti 1,12 manat, çiyələyin 1 kiloqramının qiyməti isə 9,8 manat olub. İstehsal olunan məhsulun xeyli hissəsi xarici ölkələrə ixrac edilib.