AQRO

08 May

Bu rayonda 1 tona yaxın pomidor yığılıb

Salyanda son illər istixana şəraitində yetişdirilən xiyar-pomidor və digər bitkilərin əkininə maraq artıb. Dövlətin sahibkarlar üçün yaratdığı əlverişli şəraitdən yararlanan salyanlı fermerlər bu il daxili və xarici bazarlara yüz tonlarla məhsul çıxarmaqla ölkəmizə daha çox valyuta gətirmək niyyətindədirlər.

Rayon Statistika İdarəsindən Fins.az-a bildiriblər ki, xeyli vaxtdır rayonun ayrı-ayrı yaşayış məntəqələrinin ərazisində fəaliyyət göstərən istixana komplekslərində tərəvəz yığımına başlanılıb və 1156,7 ton məhsul toplanılıb. Tədarük olunan məhsulun 953,1 tonunu pomidor, 203,6 tonunu isə xiyar təşkil edir. Yığılan məhsulun əksər hissəsi daxili bazarlara göndərilir. Qiymətlər də təsərrüfat sahiblərinin ürəyincədir.

Qeyd edək ki, hazırda Salyanda 140 hektar ərazisi olan 176 istixana kompleksi mövcuddur. Ötən il bu istixanalardan 19 min 973,5 ton pomidor–xiyar yığılıb.