AQRO

08 May

Ağdam rayonunda 8125,7 hektar sahədə yaz əkini aparılıb

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunda torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsindən Fins.az-a bildirib ki, yanvar-aprel aylarında payızlıq və yazlıq çoxillik ot bitkilərinin yenidən əkilən sahəsi də daxil olmaqla, 8125,7 hektarda yaz əkini aparılıb. Yazlıq əkinlərin 52 hektarını, 2212 hektarını çoxillik otlar, 1655,5 hektarını pambıq, 2 hektarını dən üçün günəbaxan, 340 hektarını kartof, 3663 hektarını tərəvəz, 100 hektarını bostan, 101,2 hektarını şəkər çuğunduru təşkil edir.

Rayonda ötən ilin payızında səpilmiş taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir.