AQRO

06 May

Bu rayonda 7068 hektar sahədə yazlıq səpin aparılıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri davam etdirilir. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq göstərirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov Fins.az-a bildirib ki, indiyədək 7068,7 hektar sahədə yazlıq səpin həyata keçirilib. Əkinlərin 2859 hektarı pambıq, 307,7 hektarı şəkər çuğunduru, 1277 hektarı dən üçün günəbaxan, 170,5 hektarı dən üçün qarğıdalı, 40 hektarı yem üçün qarğıdalı, 376,5 hektarı kartof, 1035 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1188 hektarı təzə yonca, 11 hektarı vələmir, 23 hektarı noxud, 22 hektarı lobya, 1 hektarı darı, 2,5 hektarı soya 7,9 hektarı yem üçün sorqo bitkisidir.

Hazırda rayonda yazlıq səpinlə yanaşı, ötən ilin payızında səpilmiş 10 min 755,8 hektar taxıl əkinlərinin becərmə işləri aparılır.