AQRO

04 May

Kürdəmirdə 320-dən çox ailəyə ipəkqurdu toxumu paylanılıb

Kürdəmirdə Qax Damazlıq İpəkçilik Stansiyasından 800 qutu ipəkqurdu toxumu gətirilib və baramaçılıqla məşğul olan 320-dən çox ailəyə paylanılıb.

Rayon İcra HakimiyyətindənFins.az-a verilən məlumatda bildirilir ki, baramaçılıq rayonda ənənəvi sahədir və 2016-cı ildən bu gəlirli sahə ilə məşğul olan ailələrin sayı artır. Nəticədə barama tədarükü də intensiv olaraq çoxalır. Belə ki, 2016-cı ildə bölgədə 3,6 ton, 2017-ci ildə 11,5 ton, 2018-ci ildə 20,4 ton, ötən il isə 22,6 ton barama istehsal olunub. Cari ildə isə daha yüksək məhsul gözlənilir.

Qeyd edək ki, rayonda baramaqurdunun bəslənilməsi üçün möhkəm yem bazası da yaradılıb. Bunun üçün 2016-2019-cu illərdə rayon ərazisində 260 mindən çox tut tingi əkilib. Bu da baramaçılara ipəkqurdunun normal bəslənməsinə imkan verir.