AQRO

01 May

İmişlidə 5 min hektardan çox sahəyə çiyid səpilib

İmişlidə çiyid səpini davam edir. Ötən il 20 min tona yaxın xam pambıq istehsal edən imişlili fermerlər cari ildə 7 min 412 hektar sahədə pambıq əkməyi planlaşdırıblar. Sahələrdə bol məhsul yetişdirmək üçün 903 məhsul istehsalçısı ilə müqavilə bağlanılıb və onlara lazımi köməklik göstərilir.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a bildirilib ki, cari təsərrüfat ilində rayonda 7 min 412 hektar sahədə səpin aparılması nəzərdə tutulub. Bunun üçün bütün lazımi tədbirlər vaxtında həyata keçirilib, sahələrə kifayət qədər maşın-mexanizm və səpin aqreqatı çıxarılıb. Səpin zamanı rayonlaşdırılmış toxum sortları ilə yanaşı, Türkiyədən gətirilmiş yüksək reproduksiyalı toxumlardan da istifadə olunur. İşin yaxşı təşkili nəticəsində gün ərzində 500-550 hektar sahəyə toxum səpilir. Artıq 5 min 81,2 hektar sahədə çiyid səpini aparılıb. İlkin səpin aparılmış 126,4 hektar sahədə yaxşı bitiş alınıb