AQRO

09 Aprel

Bu rayonda yazlıq bitkilər əkilib

Bir neçə gündür ki, Masallı rayonunda yazlıq əkin kampaniyasına başlanılıb.

Masallı Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən Fins.az-a verilən məlumata əsasən, rayonda indiyədək 740 hektara yaxın sahədə yazlıq bitkilər əkilib. Bunun 640 hektarını kartof, 70 hektarını noxud, 16 hektarını kələm, 7 hektarını sarımsaq təşkil edir.

Əkin kampaniyası rayonun Qarğalı, Öncəqala, Çaxırlı, Təklə, Xırmandalı, Həsənli, Yeddioymaq və Təzə Alvadı kəndlərində daha geniş vüsət alıb.

Bu il rayonda 4000 hektara yaxın sahədə yazlıq bitkilərinin əkilməsi nəzərdə tutulub.