AQRO

07 Aprel

Daha bir rayonda yazlıq səpin aparılıb

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.

Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov Fins.az-a bildirib ki, bu günədək 2086,5 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 137,5 hektarı şəkər çuğunduru, 281 hektarı dən üçün günəbaxan, 283 hektarı kartof, 213,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1158,5 hektarı təzə yonca, 11 hektarı vələmir, 2 hektarı yem üçün sorqo bitkisidir.

Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. 2020-ci ilin məhsulu üçün ötən ilin payızında səpilmiş 10 min 755,8 hektar taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Eyni zamanda, pambıq səpini üçün hazırlıq işləri aparılır.