Hazırda bütün dünyada koronavirusa (COVID-19) xalq təbabəti ilə qalib gəlmək istəyənlər çoxdur. Bir müddət əvvəl zəncəfilin, daha sonra limonun koronavirusun dərmanı olması ilə bağlı fikirlər yayıldı.
Məsələyə Ümumdünya Səhiyyə Təşkilatı da biganə qalmayıb. Belə ki, qurumun Səhiyyədə Fövqəladə Hallar Proqramının icraçı direktoru Maykl Rayan bu barədə fikirlərini səsləndirib:
“Əgər xəstələnəndə bal, limon, zəncəfil kimi sevimli müalicə vasitələriniz varsa, tövsiyə edirəm ki, istifadə etməyə davam edin. Amma xahiş edirəm, gəlin, sübut olmadan bu vasitələrin COVID-19-u müalicə etməsi ilə bağlı fərziyyələr irəli sürməyək. Hazırda COVID-19-un sübut olunmuş müalicəsi yoxdur”.