AQRO

03 Aprel

\"Azərpoçt\" fermer kartlarını ünvanlara çatdıracaq

"Kapital Bank" ASC və "Azərpoçt" MMC koronavirusun (COVID-19) yayılması səbəbindən ölkədə xüsusi rejim tətbiq edildiyi üçün fermerlərə qayğı göstərmək məqsədilə növbəti dəstək kampaniyasına başlayıb.

Fins.az xəbər verir ki, Bankdan verilən məlumata görə, "Subsidiya 2020" layihəsi çərçivəsində Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Aqrar Kredit və İnkişaf Agentliyinin təşəbbüsü və "Kapital Bank"ın dəstəyi ilə fermerlərə ödənilən subsidiyalar nağd şəkildə deyil, "Fermer kartı" vasitəsilə ödənilir.

"İnsanların qapalı məkanlarda kütləvi toplanmasının qarşısını almaq üçün bu kartlar "Azərpoçt" filialları vasitəsilə fermerlərin ünvanlarına çatdırılacaq. Artıq fermerlər kartları əldə etmək üçün "Kapital Bank" filiallarına gəlməli olmayacaqlar", - deyə bankdan bildirilib.