AQRO

02 Aprel

Pomidor ixracda 3-cü oldu

2020-ci ilin ilk 2 ayında Azərbaycandan 24,7 milyon dollarlıq pomidor ixrac edilib. 

Fins.az xəbər verir ki, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac İcmalı”nın 2020-ci ilin mart sayında bildirilir ki, 2020-ci ilin yanvar-fevral ayları ərzində ixrac edilən qeyri-neft sektoruna aid malların siyahısında isə pambıq mahlıcı (29,2 milyon ABŞ dolları) birinci, qızıl (sikkə kəsilməsində istifadə olunmayan, digər emal olunmamış formalarda – 27,3 milyon ABŞ dolları) ikinci və pomidor (24,7 milyon ABŞ dolları) üçüncü olub. 

2020-cu ilin fevral ayında qeyri-neft sektoru üzrə ixracda pambıq mahlıcı (19,5 milyon ABŞ dolları) birinci, hesablayıcı maşınlar və onların blokları üçün hissələr (11,5 milyon ABŞ dolları) ikinci, tomat (pomidor - 11,5 milyon ABŞ dolları) üçüncü yerdə qərarlaşıb.