AQRO

28 Yanvar

2019-da çay yarpaqlarının yığımı 7% artıb

Ötən il Azərbaycanda 929,4 ton yaşıl çay yarpağı yığılıb, bu da 2018-ci ildən 60,8 ton yaxud 7% çoxdur.


Bu barədə Turana Dövlət Statistika Komitəsindən bildirilib. 

 

Azərbaycanda 1100 hektardan çox çay plantasıyası sahələri var. Onun təxminən 600 hektarı məhsuldardır. DSK-nin məlumatına görə, 2019-cu ildə orta məhsuldarlıq bir hektardan 11,1 sentnerdən 14,7 sentnerə çatıb.