2019-cu ildə Azərbaycan Gürcüstandan canlı iribuynuzlu mal-qara idxalının həcmi əvvəlki illə müqayisədə 32% və ya 2 704,8 ton azalaraq 5 667,0 ton təşkil edib.
Bu barədə Gürcüstan Milli Statistika İdarəsindən (GEOSTAT) məlumat verilib. Bildirilib ki, hesabat dövründə idxal edilən məhsula görə Azərbaycan tərəfindən ödənilən məbləğ 10 092,4 min dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 33,7% və ya 5 139,1 min dollar azdır.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan 15 231,5 min dollar dəyərində 8 371,8 ton canlı iribuynuzlu mal-qara idxal edib.
Qeyd edək ki, 2018-ci ildə Azərbaycan Gürcüstandan dəyəri 2 769,6 min dollar olan 1 391,5 ton canlı qoyun və keçi idxal edib.