AQRO

21 Yanvar

Ötən il Neftçalada 2358 ton meyvə tədarük olunub

Ötən il neftçalalı bağbanlar becərdikləri 591,7 hektar meyvə bağından 2358,1 ton məhsul tədarük ediblər.

Rayon statistika idarəsinin rəisi Şahin Manafov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, ötən il bağbanların tədarük etdikləri meyvə 2018-ci ildəkindən 137 ton və ya 6,2 faiz çox olub. Yığılan məhsulun 139,3 tonunu alma, 67 tonunu armud, 495 tonunu heyva, 59 tonunu ərik, 255 tonunu gavalı, 200,5 tonunu alça, 27,1 tonunu şaftalı, 26,3 tonunu gilas, 833 tonunu nar, 56 tonunu xurma, 20,7 tonunu fındıq, 411 tonunu albalı və digər meyvələr təşkil edib. Tədarük olunan meyvənin demək olar ki, üçdəbir hissəsi Aşağı Qaramanlı, Yuxarı Qaramanlı, Surra və Xolqarabucaq kəndlərinin payına düşüb. Ən yüksək nəticə isə üzüm bağlarından əldə olunub. Rayonda mövcud olan 134,1 hektar üzüm bağından 419 ton məhsul götürülüb ki, bu da 2018-ci ildəkindən 111,5 ton və ya 36,3 faiz çoxdur.