AQRO

21 Yanvar

Son iki ildə Zaqatalada 44 hektarda yeni qoz bağları salınıb

Dövlətimizin başçısının kənd təsərrüfatının ixrac potensialı yüksək sahələrinin, o cümlədən qərzəkli meyvəçiliyin inkişaf etdirilməsi ilə bağlı verdiyi tapşırıq və göstərişlərin icrasını təmin etmək məqsədilə son illər Zaqatala rayonunda da davamlı iş aparılır.

Zaqatala Rayon Statistika İdarəsindən bildiriblər ki, son iki ildə rayonda 44 hektarda yeni qoz bağları salınaraq, mövcud bağların sahəsi 525,5 hektara çatdırılıb. Bu bağların 449 hektarı barverəndir. Keçən il qoz bağlarından 785 ton məhsul tədarük olunub. Hər hektar bağdan orta hesabla 17,5 sentner məhsul götürülüb.