AQRO

21 Yanvar

Yeni qida zənciri texnologiyaları genişləndiriləcək

Ölkənin ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 2025-ci ildən sonrakı dövrdə iqtisadi, sosial, demoqrafik, təbiət və texnoloji sahələrdə baş verə biləcək əsas dəyişikliklər və problemlər nəzərə alınacaqdır.

Fins.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının milli iqtisadiyyat perspektivi üzrə Strateji Yol Xəritəsində qeyd olunub.

Adekvat ərzaq təhlükəsizliyi sisteminin formalaşdırılması üçün yeni qida zənciri texnologiyalarının tətbiqinin genişləndirilməsi (biotexnologiya və nanotexnologiyalardan istifadə səviyyəsinin artırılması, digər istehsal texnologiyalarından istifadə vasitəsilə ərzaq istehsalının artırılması, qidanın medikallaşdırılması və yeni qida növlərinin yaradılması) və yeni aqro-ərzaq zənciri strukturlarının formalaşdırılması (orqanik məhsul istehsalının genişləndirilməsi, regional, yerli və alternativ qida zəncirlərinin formalaşdırılması, qida zənciri üzrə itki və tullantıların azaldılması və yenidən emal imkanlarının genişləndirilməsi) nəzərdə tutulur.