AQRO

20 Yanvar

Xarici ölkələrdən gətirilən damazlıq heyvanlar üçün şərtlər

Fins.az xarici ölkələrdən gətirilən damazlıq heyvanlar üçün şərtləri təqdim dir 

İdxal edilən heyvanların damazlıq keyfiyyətlərinin yüksək olması;
Heyvanların idxal olunduğu ölkə və zonaların xəstəlikdən azad olması;
Nəsil şəcərəsi bilinən və məhsuldar cinslər yetişdirilən Avropa ölkələrindən idxal olunması (Almaniya, Avstriya, Fransa, Hollandiya, İtaliya, Norveç, İsveç, Danimarka, Böyük Britaniya); 
İdxal edilən heyvanın müəyyən edilən tələblərə uyğunluğunu təsdiq etmək üçün idxalçı fermer və ya sahibkarlar tərəfindən heyvanların yetişdirildiyi damazlıq təsərrüfatı haqqında zəruri məlumatlar - heyvanların damazlıq sertifikatı, doğulduğu və yetişdirildiyi təsərrüfat,  ölkə, bölgə, ünvan məlumatları, təsərrüfatın fəaliyyət növü və tətbiq edilən seleksiya-damazlıq proqramı haqqında göstəricilər;
Sahibkarlıq subyektləri idxal ediləcək damazlıq heyvanlara dair baytarlıq  rəyi (icazəsi) almaq üçün idxaldan əvvəl Qida Təhlükəsizliyi Agentliyinə regional bölmələr vasitəsilə, elektron formada aşağıdakı sənədləri təqdim etməlidir;
- Ərizə
- Kənd Təsərrüfatı Nazirliyinin razılıq məktubu
- İxracatçı ilə bağlanmış müqavilənin surəti
- Heyvanların beynəlxalq baytarlıq (sağlamlıq) sertifikatının surəti
- Heyvanların mənşə sertifikatının surəti
Heyvanların daşınma marşrutu üzrə  tranzit icazələrinin  alınmasına zərurət yarandıqda icazənin alınması üçün Qida Təhlükəsizliyi Agentliyi tərəfindən əvvəlcədən tranzit ölkəyə müraciət olunmalıdır. Tranzit icazə müqavilədə göstərilmiş sayda heyvanlara şamil olunur.