AQRO

16 Yanvar

Tərtər taxılçıları 10 min 655,8 hektar sahədə səpin aparıblar

Tərtər rayonunda fermer və torpaq mülkiyyətçiləri 2020-ci ilin məhsulu üçün taxıl səpinini başa çatdırıblar.

Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, rayon üzrə 10 min 655,8 hektarda taxıl səpini aparılıb. Taxıl əkinlərinin 6056,9 hektarı buğda, 4442,9 hektarı dən üçün arpa, 156 hektarı xəsil arpadır. Taxıl əkinlərinin 10 min 200 hektarında bitiş suvarılması aparılıb.

Qeyd edək ki, 2019-cu ilin məhsulu üçün Tərtər rayonunda 7093,9 hektarı buğda, 3814,5 hektarı arpa olmaqla, 10 min 908,4 hektar sahədə taxıl becərilib. Zəmilərdən 42 min 352,3 ton məhsul əldə edilib.