AQRO

14 Yanvar

Azərbaycan meyvə-tərəvəz idxalını artırıb

2019-cu ildə Azərbaycana 194 390,63 min ABŞ dolları dəyərində 345 741,45 ton meyvə-tərəvəz idxal edilib.

Fins.az-ın Dövlət Gömrük Komitəsinin dərc etdiyi göstəricilər əsasında apardığı hesablamalarına görə, ötən il ərzində Azərbaycanın idxal etdiyi meyvə-tərəvəzin dəyəri 2018-ci illə müqayisədə 18,1%, həcmi isə 14,1% artıb.

Qeyd edək ki, 2019-cu ildə meyvə-tərəvəz idxalı Azərbaycanın ümumi idxalının 1,42%-nə bərabər olub.

Xatırladaq ki, hesabat ilində Azərbaycan xarici ölkələrə 605 815,86 min dolları dəyərində 628 509,58 ton meyvə-tərəvəz ixrac edib. Bu göstəricilər əvvəlki ilə nisbətən müvafiq olaraq 8,2% və 1,2% azalıb.