Avropanın 40 ölkəsi arasında keçirilən tədqiqat nəticəsində məlum olub ki, yemək xərclərinin həcminə görə Ukrayna liderlik edir (gəlirlərin təxminən 50%-i). Qeyd edək ki, reytinq tərtib edilərkən ev təsərrüfatlarının büdcələri təhlil edilmişdir.
Qazaxıstan sakinləri gəlirlərinin 47,6%-ni, Moldova isə 43,8%-ni ərzağa xərcləyir. Şimali Makedoniya sakinləri ailə gəlirlərinin 37,8%-ni, Bolqarıstan 36,5%-ni, Belorus isə 36,3%-ni xərcləyir.
Qida xərclərinin ən az olduğu ölkə Lüksemburqdur – cəmi 8,4%. Niderland, Böyük Britaniya (10,6%), İrlandiya (11,5%) və Finlandiya (11,7%) kimi ölkələr də həmçinin bu göstəricinin aşağı olduğu ölkələr sırasındadırlar.
© Banker.az