Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanının birinci mərhələsində 4 nəfər yüksək bal toplayıb

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən noyabrın 21-də aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanının birinci mərhələsi keçirilib.

Bu barədə DİM-dən məlumat verilib. Bildirilib ki, imtahan DİM-in Nəsimi rayonu, A.Salamzadə, 28 ünvanında yerləşən inzibati binasında elektron qaydada kompüterlər vasitəsilə keçirilib. İmtahan saat 10:00-da başlayıb və 3 saat davam edib. Namizəd tərəfindən imtahan yekunlaşdırıldıqda və ya imtahan üçün ayrılan vaxt başa çatdıqda namizədə nəticələrinə dair arayış təqdim olunub.

İmtahanda 10 nəfər iştirak edib. Onlardan 4 nəfər 72 və daha yüksək bal toplayaraq imtahandan müvəffəqiyyət əldə edib. İmtahanın I mərhələsi üzrə toplanması mümkün olan ümumi (maksimal) bal 120-dir.

İmtahandan müvəffəqiyyətlə keçmiş namizədlər Aqrar Sığorta Fondu tərəfindən təşkil olunan təlimlərə cəlb olunurlar. Təlimlər bitdikdən sonra imtahanın ikinci mərhələsi keçirilir.

İmtahan nəticələri ilə bağlı Apellyasiya Komissiyası 22-24 noyabr tarixlərində saat 14:00-dan 17:00-dək Dövlət İmtahan Mərkəzində fəaliyyət göstərəcəkdir. Ünvan: Bakı şəhəri, Nəsimi rayonu, A. Salamzadə, 28 ( keçmiş Bakı Asiya Universitetinin binası).

SHARE THIS STORY

FacebookTelegramTwitter