“Apple”ın gəliri gözləntilərdən az olub

İyul-sentyabr aylarında Apple-ın gəliri illik müqayisədə 29% artaraq 83,4 milyard dollara çatıb. Gözləntilər şirkətin gəlirinin 84,7 milyard dollar idi.

Fins.az xəbər verir ki, ABŞ-ın texnologiya nəhənglərindən olan Apple-ın iyul-sentyabr dövründə əldə etdiyi gəlir illik 29% artımla 83,4 milyard dollara çatmasına baxmayaraq, bazar gözləntilərini qarşılaya bilməyib.

Fins.az xəbər verir ki, Apple iyul-sentyabr ayları üçün balans hesabatını açıqlayıb.

Bloomberg-in sorğusuna görə 84,7 milyard dollar gəlir gözlənilirdi. Ötən ilin eyni dövründə şirkətin gəliri 64,7 milyard dollar olub.

Ötən ilin eyni dövründə 12,7 milyard dollar olan şirkətin xalis mənfəəti 62,2% artaraq 20,6 milyard dollar olub. Şirkətin səhm üzrə qazancı bu müddət ərzində 0,73 dollardan 1,24 dollara yüksəlib.

SHARE THIS STORY

FacebookTelegramTwitter