Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti bu qurumun tenderinin nəticəsini ləğv edib

Milli Depozit Mərkəzinin İnformasiya sistemlərinin təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə yeni nəsil təhlükəsizlik sisteminin satınalınması üzrə 25.10.2021-ci il tarixində keçirilmiş müsabiqənin nəticəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfindən ləğv edilib.

Fins.az xəbər verir ki, bu barədə Milli Depozit Mərkəzi məlumat yayımlayıb.

Məlumata görə, “Dövlət satınalmaları haqqında” AR Qanununun 32.1 və 33.1-ci maddələrinin tələbləri pozulmuşdur, tender təkliflərinin və tender təklifinin təminatının qüvvədə olma müddətləri 30 gün olduğu halda, əsas şərtlər toplusunda 29 gün müəyyən edilmişdir.

SHARE THIS STORY

FacebookTelegramTwitter