Əsas xəbərlər
Artımlar 1,8 milyon vətəndaşı əhatə edəcək Hökumət maaşların artırılması ilə bağlı işlərə başladı Novak: Avropadan əlavə qaza tələbat yoxdur Əməkhaqları, pensiyalar, sosial müavinətlər və təqaüdlər artırılır – Sərəncam Yeni tarif dəyişikliklərinin – İzahı Tarif Şurası işığın və qazın qiymətinə dəyişiklik etdi Onun ixtirası ilə görə bilməyən insanın görmə qabiliyyəti bərpa oluna bilər Azərbaycan Sənaye Bank-nın kredit portfeli 28,5% azalıb-HESABAT Ərdoğan Azərbaycanla yeni qaz müqaviləsindən danışdı “Bitcoin”in qiyməti 60 min dolları ötüb-REKOR BAHALAŞMA Xalq Bank III rübün yekunlarını elan etdi Günəş, qum və dəniz tətili – DUBAY TURU Havanın temperaturu kəskin enəcək – XƏBƏRDARLIQ Bank Respublika işçi axtarır Bakcell Bakının mərkəzində yenilənmiş konsept mağazasını təqdim edib Peşə təhsili kredit sistemi ilə təşkil olunacaq Deputat TƏBİB və nazirliyi tənqid etdi Son sutkada koronavirusa yoluxanların SAYI AÇIQLANDI Prezident: Azərbaycan İrandan Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb İlham Əliyev: Biz ərazi bütövlüyünün qarşılıqlı tanınması şərti ilə sərhədlərin delimitasiyasına dair Ermənistanla danışıqlara başlamağa hazırıq 18 Oktyabr – Müstəqilliyin Bərpası Günü iş günü sayılacaq Deputat İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyətini yoxlamağa çağırdı 3 sərhəd keçid məntəqəsi arasında avtomobil yolunun tikintisi davam edir “AzFinance” İnvestisiya Şirkəti sahibkarlara onlayn sertifikatlı təlim keçib PAŞA Bank rəsmisi: PAŞA Bank qızıla investisiya etməyib İlham Əliyev: Ağdam şəhərini Qafqazın Hirosiması adlandırırlar FAO Azərbaycanda kənd təsərrüfatı sahəsində 270-dən çox layihə reallaşdırıb Rövnəq Abdullayev TOTAL şirkətinin nümayəndələri ilə görüşüb Milli Məclisdə səhiyyə xərclərinin artırılması təklif olunub Pay torpaqlarına reyestr çıxarışının verilməsinə görə rüsum tutulmayacaq Ekonom Gürcüstan TURU Əmək qabiliyyətinin itirilməsi və ya ölüm hallarına görə təzminat alınması sığorta ilə mümkündür? – AÇIQLAMA Memarlar İttifaqının 85 illik yubileyinə həsr olunan poçt markası buraxılıb Mikayıl Cabbarov türk səfirlə Preferensial Ticarət Sazişinin genişləndirilməsini müzakirə edib Bank of Baku işçi axtarır Unibankda mikro kreditlərin 25%-i avtomatlaşdırılmış sistemlə ayrılır Bakının “Ukrayna dairəsi”ndə konflikt nöqtələrinin sayı 170-dən 23-ə enəcək Ötən ay daha çox hansı xəstəliklərə görə həkimə müraciət olunduğu açıqlanıb Yeni “Land Cruiser”lərin qiyməti “əl yandırır” Azərbaycan iqtisadiyyatı 5%-ə yaxın böyüyüb Naxçıvan Dövlət Ehtiyatları Agentliyi publik hüquqi şəxs yaradılıb Azərbaycanın qeyri-neft ÜDM-i 6,2% artıb Kaspersky-dən kiberbullinqlə bağlı AÇIQLAMA Azərbaycanın pərakəndə ticarət dövriyyəsi 2,8% artıb Milli Məclisin iclası başlayıb Türkiyə Azərbaycandan əlavə 11 mlrd. kubmetr qaz alacaq Azərbaycanda muzdlu işçilərin sayı artıb, ortaaylıq əməkhaqqı 725 manatı keçib Kapital Bank aztəminatlı ailələrə dəstəyini davam etdirir PAŞA Kapital investisiya şirkəti “Silk Vey Vest Aviaşirkəti”-nin 50 milyon dollarlıq istiqraz buraxılışını həyata keçirəcək Azərbaycanda ortaillik inflyasiya 5,2% təşkil edib Məktəblərdə dərsliklər çatışmır? – Nazir müavinindən AÇIQLAMA Benksinin doğrayıcı ilə kəsilmiş rəsmi rekord qiymətə satılıb “Facebook” rəhbərindən “WhatsApp”dakı yeniliklə bağlı paylaşım Buster doza vurduranların sağ qalmaq şansı dəfələrlə artacaq Azərbaycanda yeni peşə təhsili ixtisasları yaradıldı – QƏRAR “Savalan” ASC səhmdarlarının iclası keçiriləcək Bir il əvvəl bu gün azad edilən ərazilər – SİYAHI Qida məhsullarının reytinqi hazırlanıb Vətəndaşların DİQQƏTİNƏ: Bakının bəzi yerlərində su olmayacaq Koronavirusla bağlı SON STATİSTİKA Microsoft LinkedIn-in Çində fəaliyyətini dayandırır Bakı Dövlət Universiteti tender elan edir Kapital Bank işçi axtarır “OBA”marketdə 74 minlik mənimsəmə Bitkoin yenidən rekord həddə BAHALAŞDI Bayden borc limitini artıran qanun layihəsini imzalayıb Neft BAHALAŞIB Zelenskinin Britaniyaya səfər tarixi açıqlandı Müdafiə Nazirliyi daha bir açıqlama yaydı Mərkəzi Bank rəsmi valyuta məzənnələrini AÇIQLAYIB Avropada qazın qiyməti bahalaşdı Azərbaycandakı banklar dollar qəbulunu dayandırıb SOCAR neft hasilatını artırıb-HESABAT Dolların sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Nazir: “Azərbaycan neftin hazırkı qiymətlərindən razıdır” Maliyyə Nazirliyinin istiqrazlarının yerləşdirilməsi üzrə hərrac keçiriləcək Yoluxanların sayı bu gün də artdı Dünya maşın bazarında SON VƏZİYYƏT Rövnəq Abdullayev Əlcəzairin səfiri ilə görüşüb Ermənilər Qarabağda olan mədəni abidələrin 95%-ni məhv ediblər – NAZİR Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib Daha bir marşrut avtobusunda önənişlər “BakıKart”la olacaq İnstagram yenidən çökdü Prezident 3,3 milyon manat ayırdı PAŞA Bank rəsmisi: Ümumilkdə 38-ə yaxın fərqli xarici partnyorla geniş əməkdaşlıq edirik Ölkədə əks-göstəriş sertifikatı alanların sayı məlum olub “Hyundai” avtomobilləri üçün çip istehsalına başlayacaq Daimler yeni Mercedes-Maybach konseptini hazırlayır OPEC + nazirləri 2021-ci ilin dekabrında üz-üzə görüşlərini bərpa edə bilərlər Bakı Metropoliteni tender elan edir Sabaha olan HAVA PROQNOZU Azərbaycan və Lukoyl alternativ enerji sahəsindəki layihələri müzakirə edir İndiyədək neçə yeniyetmə vaksinasiya olunub? – RƏSMİ Azərbaycana neçə ölkədən quşçuluq məhsulu gətirilmir? – RƏSMİ “Metro City” ticarət mərkəzi yanır

Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib

Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib

Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Əliyev Caspian Energy Club-un təşkil etdiyi ənənəvi “CEO Lunch”da iştirak edib. Tədbir çərçivəsində aktual sual və təkliflər müzakirə olunub.

Fins.az xəbər verir ki,bu barədə Caspian Energy Club-un sədri və baş icraçı direktoru Telman Əliyev məlumat verib.

Anar Əliyev öz çıxışında bildirib ki, “Dövlət Başçısının tapşırığı ilə ölkə əhalisinin rifahının yaxşılaşdırılması istiqamətində atılan addımlar, aparılan  islahatlar sosial təminat növləri üzrə ödənişlərin hər biri üzrə ciddi artım dinamikası ilə nəticələnir. Bu pozitiv tendensiyanı 2018-2020-ci illərin sosial mənzərəsində də aydın görmək olar. Xüsusilə 2019-cu ildə reallaşan islahatlar nəticəsində minimum əməkhaqqı 2 dəfəyə yaxın artırılaraq 130 manatdan 250 manata çatdırılıb. Artım dinamikası sosial təminat sisteminin mühüm komponenti olan pensiya təminatında da özünü göstərir. Belə ki, aparılan islahatlar nəticəsində son 3 ildə pensiyaların orta aylıq məbləği 60 faiz artıb. Həmçinin son üç ildə müavinətlərin orta aylıq məbləği 95, maksimum məbləği 65 faiz artıb. Təqaüdün maksimum məbləğində 54 faiz artım baş verib və bu məbləğ 1300 manatdan 2000 manata yüksəlib.

Sosial xidmətlər sahəsində keyfiyyətcə yeni mərhələ açan, şəffaflıq, operativlik, vətəndaş məmnunluğunu təmin etmək məqsədi ilə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə yaradılan DOST layihəsi müasir, operativ və elektron xidmətlərin tətbiqi ilə rahat çıxışını təmin edir.

2019-cu ilin may ayından 1, 2, 3, 4 saylı Bakı və Abşeron DOST Mərkəzləri açılıb, paytaxtın bütün rayonları və Abşeron rayonu DOST xidmətləri ilə əhatə olunub. 2025-ci ilə kimi 17 regional DOST mərkəzinin açılması nəzərdə tutulur.

Nazirlik tərəfindən proaktiv xidmətlərin tətbiqi genişləndirilir, Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemi, “e-sosial” internet portalı və 18 alt-sistemdən ibarət olan informasiya sistemi vasitəsi ilə bir-biri ilə əlaqələndirilmiş şəkildə göstərilən sosial xidmətlərin keyfiyyəti yüksəldilir və modernləşdirilir.”

“2019-2030-cu illər üçün Azərbaycan Respublikasının Məşğulluq Strategiyası”nın əsas hədəflərindən biri məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin həyata keçirilməsi, mikro, kiçik və orta sahibkarlığın dəstəklənməsidir.

 “İşsizlikdən sığorta haqqında” və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunlarının qəbul olunması işsiz və işaxtaran şəxslərin sosial müdafiəsi sahəsində aktiv tədbirlərin səmrəliliyinin artırılmasını, ünvanlılıq prinsipi əsasında çevik maliyyə mexanizminin formalaşmasını, məşğulluq xidmətlərinin yeni modelinin tətbiqini təmin edir.

Məşğulluq xidmətlərinin təkmilləşdirilməsi çərçivəsində “Məşğulluq” alt sistemi yaradılmışdır və  işsiz, işaxtaran və məşğul şəxslərin reyestrini, ölkə üzrə mövcud iş yerlərinin avtomatlaşdırılmış vakansiya bankını, eləcə də məşğulluq xidmətlərinin tam elektronlaşmasını təmin edir. Hazırda bu sistem əsasında əmək və məşğulluq sahəsində məsələləri əhatə edən vahid “Əmək münasibətləri və məşğulluq” elektron sistemin istifadəyə verilməsi üzərində işlər tamamlanır.” deyə Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial müdafiəsi nazirinin müavini Anar Əliyev bildirib.

“COVİD-19 dövründə sosial dəstək tədbirləri çərçivəsində 190 manat məbləğində birdəfəlik ödəmə proqramı 600 min şəxsi əhatə etmiş, sərtləşdirilmiş karantin rejimi tətbiq olunan  rayon (şəhər) üzrə 3-cü, 4-cü, 5-ci və 6-cı dəfə ödəmə həyata keçirilmişdir.

Ölkə Prezidentinin təşəbbüsü ilə koronavirus (COVİD-19) pandemiyası dövründə sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən işsiz şəxslərin məşğulluğunun təmin edilməsi məqsədi ilə haqqı ödənilən ictimai iş yerlərinin sayı 90 minə çatdırılmışdır.

İşsiz şəxslərin işə qəbulu zamanı işəgötürənlərin əmək haqlarına çəkilən xərclərin azalmasına xidmət edəcək əməkhaqlarının dövlət məşğulluq xidməti orqanları ilə birgə maliyyələşdirilməsi (subsidiyalaşdırılması) proqramı icra olunur.

Özünüməşğulluq proqramı genişləndirilir və 2017-ci ildə bu proqrama 1172 nəfər cəlb olunmuşdusa, 2021-ci ildə 16 min nəfərin cəlb olunması nəzərdə tutulmuşdur. Bu proqram çərçivəsində Dünya Bankı ilə layihə icra olunur və 2025-ci ilə qədər 22 min şəxsin bu proqramdan yararlanması təmin olunacaq.

Qeyri-formal məşğulluğun qarşısının alınması sahəsində – minimum əmək haqqının artırılması, qeyri-formal məşğulluğun leqallaşmasının stimullaşdırılmasına yönələn təsirli tədbirlər, xüsusilə  vergi, sosial və işsizlikdən sığorta qanunvericiliyində edilmiş dəyişikliklərlə vergi və sığorta haqlarının ödənişlərinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi, özəl sektorda çalışan işçilərin əməkhaqqından tutulan gəlir vergisi üzrə vergi yükünün əhəmiyyətli dərəcədə azaldılması, iqtisadiyyatda şəffaflığın artırılması və təbliğat-marifləndirmə işləri həyata keçirilmişdir. Görülən tədbirlər nəticəsində əmək müqaviləsi bildirişi sayında 366 642 (28.8%) artım baş vermişdir.

Postmüharibə dövründə ən vacib sosial dtək tədbirlərindən biri də işəgötürənlərin şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilərin işlə təminatında fəal iştirakını təşviq edən “Məşğulluq marafonu”dur. Sosial tərəfdaşlıq və milli həmrəylik prinsipindən çıxış edərək 545 işəgötürən yaradılmış elektron portal üzərindən 3 minə yaxın vakansiya yerləşdirmişdir, bu çərçivədə 866 şəxs işlə təmin olunmuşdur” deyə Anar Əliyev vurğulayıb.

O həmçinin bildirib ki, “Əmək bazarının regionlar və sahələr üzrə təhlili əsasında müxtəlif ixtisaslara olan tələbatın müəyyənləşdirilməsi, bunun əsasında ixtisaslı kadr potensialının formalaşdırılması işinin daha səmərəli təşkili məqsədi ilə Azərbaycan Respublikasında Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriyanın yaradılmış, əmək bazarının müxtəlif aspektlərdə, o cümlədən həm demoqrafik, həm də kəmiyyət və keyfiyyət parametrləri əsasında təhlili və proqnozlaşdırılmasının aparılmasına başlanılmışdır.

İşçi qüvvəsinin keyfiyyətinin yüksəldilməsi, əmək bazarının və davamlı inkişaf edən iqtisadiyyatın tələblərinə uyğunlaşdırılması məqsədilə iqtisadiyyatın müxtəlif sahələri üzrə 446 peşə və kvalifikasiya standartı hazırlanaraq “e-sosial.az” portalında bütün maraqlı tərəflərin, o cümlədən işəgötürənlərin istifadəsinə verilmişdir. Cari ilin sonun onların sayının 1000-ə çatdırılması hədəflənmişdir.

Ölkədə əmək, məşğulluq, sosial müdafiə və təminat sahəsində həyata keçirilən siyasətin sosial tərəfdaşların iştirakı ilə formalaşdırması məqsədilə Sоsial və İqtisadi Məsələlər üzrə Üçtərəfli Komissiya yaradılmış və uğurla fəaliyyət göstərir. Sosial və iqtisadi sahədə  qəbul olunacaq bütün qərarlar və qanunvericilik aktları Komissiyada mütəmadi müzakirə olunur”

          Daha sonra Anar Əliyev “CEO Lunch” iştirakçılarının təkliflərini dinləyib, suallarını cavablandırıb.

Caspian Energy Club-ın sədri və baş icraçı direktoru Telman Əliyev açıq və səmimi dialoqa görə nazir müavini Anar Əliyevə təşəkkür edərək qeyd edib ki, “Pandemiya dövrü ərzində Azərbaycan Respublikasi Əmək və Əhalinin Sosial müdafiəsi nazirliyi ilə birgə Caspian Energy Club tərəfindən 10-dan çox Online B2G Forum keçirilib. Bu görüşlərin sırasında cənab nazir Sahil Babayevin iştirakı ilə keçirilən 4 saat davam edən Online B2G forum xüsüsi yer alır. Sahibkarlar üçün həssas olan dövürdə Əmək və Əhalinin Sosial müdafiəsi nazirliy tərəfindən göstərilən diqqət və dəstəy əvəzolunmaz idi.” Telman Əliyev, həmçinin Əmək və Əhalinin Sosial müdafiəsi nazirliy və Caspian Energy Club arasında birgə ikitərəfli işçi qrupunun mövcud olduğunu vurğulayıb.

Qeyd edək ki, ikitərəfli işçi qrupu mütəmadi olaraq aktual sual, təklif və problemləri müzakirə etməyə və operativ cavablandırmağa imkan verir.

Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib
Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib
Anar Əliyev Caspian Energy Clubun təşkil etdiyi “CEO Lunch”-da iştirak edib

SHARE THIS STORY

FacebookTelegramTwitter