Bu ilin yanvar-noyabr aylarında Banqladeşdən Azərbaycana 3,711 turist gəlib.
Fins.az bu barədə Dövlət Turizm Agentliyinin məlumatına isyinadən xəbər verir.
Keçən ilin eyni dövrü ilə müqayisədə bu 1,880 nəfər və ya 102.7% artım deməkdir. Ötən ilin ilk 11 ayında isə bu rəqəm 1,831 nəfər olub.
Ümumilikdə, 2024-cü ilin yanvar-noyabr aylarında Azərbaycana gələn turistlərin sayı 2 milyon 412 min 160 nəfərə çatıb ki, bu da 2023-cü ilin eyni dövrü ilə müqayisədə 27.5% artım göstərir.