Türkiyə, Fins.az - Cari ilin sonuna qədər Türkiyəyə gələn turistlərin sayının 52,7 milyon nəfərə çatacağı gözlənilir.
2024-cü ildə turizm sektorunda məhsul və bazar müxtəlifliyinin artırılmasına xüsusi diqqət yetirilib. 2024-cü ilin yanvar-avqust ayları arasında Türkiyəyə gələn turistlərin sayı 2023-cü illə müqayisədə 7,1 faiz artaraq 35,8 milyon nəfərə çatıb. Eyni dövrdə turizmdən əldə edilən gəlir isə 9,3 faiz artaraq 23,7 milyard dollara çatıb.
İlin sonuna qədər turist sayının keçən illə müqayisədə 7,1 faiz artaraq 52,7 milyon nəfərə, turizmdən əldə edilən gəlirin isə 6,7 faiz artaraq 59,6 milyard dollara çatacağı proqnozlaşdırılır. Həmçinin, cari ilin sonuna qədər Türkiyəyə gələn turistlərin sayının 61 milyona yüksəlməsi gözlənilir.
Türkiyənin 2025-ci ildə turizmdən əldə edəcəyi gəlirin 63 milyard dolları keçməsi gözlənilir.