ANALİTİKA

10 Aprel

“Fitch Soluti­ons”-dan Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnoz

“Fitch Group”a aid olan “Fitch Soluti­ons” (FS) şirkəti Azərbaycan iqtisadiyyatı ilə bağlı proqnozunda bildirilib ki, respub­likamızda adambaşına düşən ÜDM məzən­nə sabitliyi nəzərə alınmaqla 2023-cü ildə­ki 8 min 612 ABŞ dollarından 2033-cü ildə 16 min 699 ABŞ dollarına kimi yüksələcək.

FS qeyd edib ki, nominal artan gə­lirlər və istehlak neft-qaz sektorundan kənarda iqtisadiyyatın diversifikasiyası­na müəyyən dəstək verəcək. Bu amillər iqtisadiyyatın uzunmüddətli perspektiv­də davamlılığı üçün xüsusi əhəmiyyət kəsb edəcək, çünki enerjidən həddən artıq asılılıq Hollandiya sindromu risk­lərini artırır.

“Fitch Solutions” vurğulayıb ki, Azərbaycan hökuməti iqtisadiyyatın şaxələndirilməsinin zəruriliyini dərk edir və bu riski azaltmaq üçün bir sıra tədbirlər həyata keçirməyi planlaşdırır: “Bunlara qeyri-neft vergi siyasətinin hərtərəfli nəzərdən keçirilməsi, sabit vergi sisteminin tətbiqi və orta ölçülü şirkətlərin inkişafına dəstək üçün aşağı ƏDV-nin tətbiqi daxildir. Bundan əlavə, hökumətin hazırda infrastrukturun, xü­susilə enerji və nəqliyyatın təkmilləşdi­rilməsi ilə bağlı bir neçə iddialı planları da var. Bu amillər iqtisadi artımı dəstək­ləyəcək, rəqabətqabiliyyətli qeyri-enerji sektorunun inkişafına kömək edəcək”.