ANALİTİKA

08 Aprel

Sağlamlıq turizmində 21% artım var

Türkiyə Ticarət Nazirliyinin məlumatına görə, Türkiyə sağlamlıq turizmi sahəsində beynəlxalq akreditasiyaya malik 40 səhiyyə müəssisəsi ilə dünyada 7-ci yerdə qərarlaşıb. Ötən il bu sahədən 2,3 milyard dollar gəlir əldə edib.

Fins.az xəbər verir ki, sağlamlıq səyahətləri sürətlə genişləndiyi bir vaxtda sağlamlıq turizminin Türkiyə iqtisadiyyatına əlavə dəyərinin artırılması, şirkətlərin beynəlxalq bazarlara açılması, rəqabət qabiliyyətliliyinin və markalaşmasının artırılması istiqamətində fəaliyyətlər dəstəklənir.

Açıqlamada, 2022-ci ildə səhiyyə xidməti ixracından 1,9 milyard dollar gəlir əldə edildiyi, 2023-cü ildə ölkəyə gələn 1,4 milyon sağlamlıq turisti ilə bu rəqəmin 2,3 milyard dollara çatdığı bildirilib.

Açıqlamada ötən il sektor nümayəndələrinin təşkil etdiyi 12 ticarət və satınalma heyətinə dəstək verildiyi, Berlin və Londonda keçirilən sektorun 2 aparıcı yarmarkasında milli iştirak təşkilatının təşkil edildiyi bildirilib.

Günel Məlikzadə
Fins.az