ANALİTİKA

12 Mart

Almaniyada 1000 uçuşun ləğvi planlaşdırılır

Lufthansa tərəfindən verilən açıqlamada kabin işçilərinin 2 günlük tətili səbəbilə martın 12-də Frankfurt hava limanında 600, martın 13-də isə Münhen hava limanlarında 400 reysin təxirə salınmasının gözlənildiyi bildirilib.

Fins.az xəbər verir ki, bu ləğvlərdən təxminən 120 min sərnişinin təsirlənəcəyi təxmin edilir, Frankfurtda 70 min və Münhendə 50 min.

Müstəqil Kabin Ekipajı Təşkilatı (UFO) ittifaqı Lufthansa-nın kabin heyətini keçən həftə sonu tətil etməyə çağırıb.

UFO, Lufthansa-nın təxminən 18 min kabin işçisinin 18 aylıq müqavilə müddəti üçün maaşlarının 15 faiz artırılmasını tələb edir. Birliyin tələbləri arasında inflyasiya ilə mübarizə üçün 3 min avroya qədər birdəfəlik ödəniş də var.

Günel Məlikzadə
Fins.az