Yaponiya və Tayland Asiyada ziyarət üçün ən məşhur yerlərdən ikisidir. Ancaq gənc səyahətçilər arasında təhlükəsizlik narahatlıqları artdıqca, hər ikisi Çin vətəndaşları arasındakı yerini itirir.
Fins.az Çinin səyahət əhval-ruhiyyəsini ölçən "China Trading Desk" marketinq firmasının məlumatıan istinadən xəbər verir ki, hər iki ölkə bu ilin əvvəlində çinli turistlər üçün ən yaxşı seçimlər arasında idi, lakin rüblük əsasda üçüncü rübdə gerilədi (Tayland 6-cı yerə, Yaponiya isə 8-ci yerə).
Hər iki ölkə çinli səyahətçilər üçün növbəti istirahət istiqamətləri baxımından hazırda Cənubi Koreya, Malayziya və Avstraliyanı geridə qoydu. Lakin Sinqapur 2023-cü ildə səyahətçilər üçün ən təhlükəsiz yer olaraq birinci yerə yüksəlir.
Günel Məlikzadə
Fins.az