Bura yer üzündə heç bir yerə bənzəməyən, fərqli olaraq zəriflik havası yaradan, şən bir yerdir. Avropa tətilləri üçün mükəmməl - Kot d'Azurdur.
Fins.az CNN-ə istinadən xəbər verir ki, Fransanın cənub-şərqində Kassisdən Mentona qədər uzanan bu möhtəşəm sahil xətti Antib, Kann və Sent-Tropezin ikonik kurortlarına ev sahibliyi edir.
Ərazi 19-cu əsrdə İngilis və Avropa aristokratiyasının güvənli yaxşı hava və dünya səviyyəli mədəniyyətə asan çıxışı üçün yay aylarında buraya sığındıqları zaman turistlərin qaynar nöqtəsi kimi şöhrət qazanıb.
Bu gün də zənginlərin istirahəti üçün ən yaxşı yer olaraq qalır. Dünya səviyyəli yelkənli üzgüçülük, zərif villalar və otellər və klassik Aralıq dənizi sahil yollarında köhnə idman avtomobilləri sürmək imkanları təklif edən Kot d'Azurun uzun illərdir öz cazibəsini qoruyub saxlaması təəccüblü deyil. Onun qəlbində misilsiz sadəlik, gözəllik və köhnə məktəb cazibəsi var.
Günel Məlikzadə
Fins.az