Qərargahı İspaniyanın paytaxtı Madriddə olan Birləşmiş Millətlər Təşkilatının Ümumdünya Turizm Təşkilatı (UNWTO) dünyada turizm rəqəmlərinin "tarixin ən pis dövrü" olaraq xarakterizə etdiyi epidemiyadan əvvəlki səviyyələrə çatdığını açıqlayıb.
Fins.az Bloomberg-ə istinadən xəbər verir ki, bu ilin yanvar-iyul ayları arasında dünya üzrə ümumilikdə 700 milyon turistin səyahət etdiyini deyən Dünya Turizm Təşkilatı bunun 2022-ci ilin eyni dövrü ilə müqayisədə 43 faiz artım demək olduğunu vurğulayıb.
Bu 7 aylıq dövrdə turizmin iyul ayında zirvəyə çatdığı, 145 milyon turistin və 2023-cü ilin cəmi yüzdə 20-nin iyul ayında səyahət etdiyi bildirilib.
Məlumatlara görə, dünyada ən çox turistə ev sahibliyi edən bölgə olan Avropa, daxili tələbatın və ABŞ-dan gələn səyahətlərin artmasının dəstəyi ilə pandemiyadan əvvəlki səviyyəsinin 91 faizinə çatıb.
Dünyada pandemiyadan əvvəlki (2019) səviyyəsini keçən yeganə bölgə olan Yaxın Şərqdə yanvar-iyul ayları arasında gələn turistlərin sayı 2019-cu illə müqayisədə 20 faiz artıb.
Günel Məlikzadə
Fins.az