Çin iqtisadiyyatında cari ildə artım proqnozu 5,6 faizdən 4,8 faizə enib.
Fins.az “Bloomberg”ə istinadla xəbər verir ki, bu barədə “Fitch Ratings”nin hesabatında qeyd olunub.
Beynəlxalq maliyyə təşkilatı bəyan edib ki, artım proqnozunun azalmasına səbəb epidemiya tədbirlərinin azaldılmasından sonra iqtisadiyyatda bərpa effektinin azalmasıdır.
“Fitch”in açıqlamasında ölkədə daşınmaz əmlak sektorundakı zəifləmənin daxili tələbata təsir göstərdiyi, xarici tələbin durğunluğunun isə ixrac və istehsal fəaliyyətləri üzərində təzyiqi davam etdirdiyi bildirilib.
Məlumata görə, ölkədə büdcə kəsirinin ötənilki 6,4 faizdən bu il 5,6 faizə enməsi, ölkənin dövlət borcunun ümumi daxili məhsula (ÜDM) nisbətinin isə 54,3 faizə yüksəlməsi gözlənilir.
“Fitch Ratings” əlavə edib ki, fiskal yumşaltmanın daha da məhdudlaşdırılması ehtimalı var. Bundan başqa, Çin mərkəzi hökuməti tərəfindən heç bir böyük təşviq olmayacaq.