“Ukrayna münaqişəsi enerji böhranına səbəb olub”.
“Report” xəbər verir ki, bunu İspaniya Kralı VI Felipe bildirib.
Onun sözlərinə görə, koronavirus pandemiyasının nəticələri kimi, bu münaqişə də iqtisadiyyata ciddi təsir göstərir: “Ukraynadakı vəziyyət sənaye, ticarət və nəqliyyat sahələri üçün ciddi nəticələrə səbəb olan enerji böhranına səbəb olub”.
Kral VI Felipe hesab edir ki, Ukrayna ətrafındakı vəziyyət İspaniyanın təhlükəsizliyinə də təsir edib.