ANALİTİKA

25 Avqust

İqtisadi yüksəlişin təcəssümü

Ümummilli lider Heydər Əliyevin istər sovet dönəmində, istərsə də müstəqilliyimizin ilk illərindəki müdrik siyasəti, eləcə də dövlətimizin başçısı İlham Əliyevin 19 illik gərgin səmərəli fəaliyyəti sayəsində Azərbaycanda uğurla həyata keçirilən sosial-iqtisadi islahatlar milli iqtisadiyyatın davamlı inkişafını və müasirləşməsini, yeni sosial-iqtisadi infrastruktur quruculuğu proseslərinin sürətlənməsini təmin edib. 

Azərbaycan dünya miqyasında sabit və davamlı iqtisadiyyatı, eləcə də böyük maliyyə resursları olan, mühüm geosiyasi və geoiqtisadi mövqe tutan, qlobal enerji təhlükəsizliyinin təminatında strateji rol oynayan dövlətə çevrilib. Azərbaycan hazırda beynəlxalq və regional əməkdaşlığa sanballı töhfələr verir, ölkəmizin təşəbbüsü və iştirakı ilə qlobal layihələr uğurla reallaşdırılır. Artan iqtisadi güc və beynəlxalq nüfuz Azərbaycana Cənubi Qafqazın və ətraf regionların iqtisadiyyatlarının mənzərəsini dəyişdirməyə qadir olan iri layihələrin təşəbbüskarı kimi çıxış etmək imkanı yaradır. Bu layihələrin uğurla həyata keçirilməsi isə ölkəmizin regionda proseslərin inkişaf vektorunu müəyyənləşdirən və dünya iqtisadiyyatında söz sahibi olan “qlobal oyunçu” statusunu təmin edir.

Azərbaycan dövləti hazırda postpandemiya və postkonflikt dövründə keyfiyyətcə yeni olan və 2022‒2030cu illəri əhatə edən strateji inkişaf mərhələsinə daxil olur. Bu strateji dövrdə yeni nəsil struktur və institusional islahatlar vasitəsi ilə iqtisadi artımın müasir və davamlı mənbələri hərəkətə gətirilir, milli iqtisadiyyatın innovasiya yönümü daha da gücləndirilir, ölkə iqtisadiyyatının qlobal dəyər zəncirinə səmərəli inteqrasiya yolu ilə Azərbaycan dövləti öz qüdrətini daha da artırır.

Son 19 ildə ölkə iqtisadiyyatında makroiqtisadi sabitlik təmin edilib, sosial rifahı dəstəkləyən iqtisadi artıma nail olunub. Ölkədə möhkəm siyasi-ictimai sabitlik və təhlükəsizlik, uzaqgörən daxili və xarici siyasət qarşıya qoyulmuş mürəkkəb sosial-iqtisadi məqsədlərin, habelə ölkənin ərazi bütövlüyünün bərpa edilməsində həlledici rol oynayıb.

Milli iqtisadiyyatın aparıcı sahələrində müasir texnologiyaların geniş tətbiqi və keyfiyyətli insan kapitalının cəlbi nəticəsində məhsuldarlıq xeyli artıb, iqtisadiyyat sürətlə şaxələnib və daxili istehsal qlobal dəyər zəncirinə səmərəli inteqrasiya edib.

Bütün bunlar statistik göstəricilərdə də öz aydın ifadəsini tapıb. Belə ki, son 19 ildə həyata keçirilən köklü institusional islahatlar nəticəsində milli iqtisadiyyatın strukturu dəyişib, qeyri-neft sektorunun payı xeyli yüksəlib, nəticədə 2012‒2021-ci illərdə qeyri-neft sektoru ÜDM-i hər il orta hesabla 3,5 faiz artaraq, 2011-ci ildəki 25,4 milyard manatdan 2021-ci ildə 57,8 milyard manata, qeyri-neft-qaz sektorunun payı 2011-ci ildəki 48,8 faizdən 2021-ci ildə 62,2 faizə çatıb. Bu dövrdə iqtisadi artımın sahəvi hərəkətverici qüvvəsi olan qeyri-neft sənayesi 2,3 dəfə, kənd təsərrüfatı 1,5 dəfə, informasiya və rabitə sahəsi isə 2,4 dəfə böyüyüb.

Aparılan məqsədyönlü siyasət nəticəsində ÜDM-də özəl sektorun xüsusi çəkisi 2019-cu ildə 85 faiz olub. Pandemiya səbəbindən 2020-ci ildə bu göstərici 80,8 faizə ensə də, artıq ötən il 83 faizi ötüb. Bu gün ölkə iqtisadiyyatının şaxələndirilməsi və qeyri-neft ixracının gücləndirilməsi hesabına davamlı və yüksək iqtisadi artımın təmin olunması qarşıya mühüm vəzifə kimi qoyulub.

Bu məqsədin reallaşması üçün daha sağlam və rəqabətli biznes mühitinin yaradılmasına, sahibkarlığın inkişafına dövlətin geniş dəstək verməsi kimi amillər önə Yeri gəlmişkən, son illərdə milli iqtisadiyyatımızın dayanıqlı inkişafının təmin olunması məqsədilə həyata keçirilən tədbirlər çərçivəsində elmi yanaşma, qabaqcıl texnologiya və təcrübənin tətbiqi ilə yaradılan aqroparklar ölkəmizdə ərzaq təhlükəsizliyinin möhkəmlənməsinə, idxaldan asılılığın azaldılmasına, regionların tarazlı inkişafının və əhalinin məşğulluq səviyyəsinin yüksəldilməsinə, həmçinin emal sənayesinin yerli xammalla təminatının yaxşılaşdırılmasına mühüm töhfələr verir. Aqroparkların yaradılması aqrar sahədə qeyri-neft sektorunun inkişafını sürətləndirməklə bərabər, ixracyönümlü məhsulların sayının artmasında və ölkənin ixrac potensialının güclənməsində əhəmiyyətli rol oynayır. Respublikamızın 32 rayonu üzrə 239,3 min hektar ərazidə ümumi layihə dəyəri 2,4 milyard manat olan 51 aqropark və iri fermer təsərrüfatı yaradılıb. Bunlardan 34-ü bitkiçilik, 14-ü bitkiçilik və heyvandarlıq, 1-i heyvandarlıq fəaliyyəti, 2-si isə çeşidləməqablaşdırma, emal və logistika sahələri üzrə ixtisaslaşıb. İndiyədək aqroparklara 1,3 milyard manat özəl investisiya qoyulub. Bununla yanaşı, dövlət tərəfindən aqroparklara müvafiq dəstək tədbirləri görülüb. Belə ki, investisiya təşviqi sənədi almış 27 aqroparkdan 26-sına texnika, texnoloji avadanlıqlar və qurğuların idxalına görə 43,7 milyon manat dəyərində güzəşt tətbiq olunub, 25 aqroparkın yaradılması və ya fəaliyyətinin genişləndirilməsi üçün 184,2 milyon manat güzəştli kredit verilib. çəkilib. Nəticədə ölkə iqtisadiyyatının hər il orta hesabla 3‒4 faiz, qeyri-neft sektoru ÜDM-in isə illik orta hesabla 5 faiz artacağı, özəl sektorun iqtisadiyyatda payının 88 faizə çatdırılacağı proqnozlaşdırılıb.

Aqrar sektor və sənaye sahələrində müasir texnologiyaların tətbiqi ilə məhsuldarlıq artacaq, həmçinin yeni iş yerləri yaradılacaq. Dövlətin stimullaşdırıcı dəstəyi ilə bu sahələrin qlobal dəyər zəncirinə dayanıqlı inteqrasiyası təmin olunacaq. Dövlət aqrar sektor, sənaye və xidmət sahələrinin inkişafını dəstəkləyən infrastrukturun yaradılmasında fəal iştirak edəcək, müxtəlif sənaye parkları və məhəllələri, turizm və rekreasiya zonaları yaradılacaq, istehsal olunan məhsul və xidmətlərin xarici bazarlara ixracı stimullaşdırılacaq. Nəticədə, 2022‒2026-cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4 faiz artacaq. Nəqliyyat sektorunda orta illik artım tempi 5 faizi üstələyəcək. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlir 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyədək artaraq, 450 milyon manata çatacaq.

Burada onu da qeyd edək ki, Azərbaycanda son illər ərzində aqrar sahənin inkişafı ilə bağlı həyata keçirilən sistemli tədbirlər də ölkəmizin ərzaq məhsulları üzrə özünütəminetmə səviyyəsini yüksəldib, ixrac potensialını genişləndirib. Bu məsələ də kənd təsərrüfatı məhsullarının ixracı üzrə prosedurların sadələşdirilməsi, ixracyönümlü aqrar istehsal mallarına gömrük və vergi güzəştlərinin tətbiqinin sadələşdirilməsi də mühüm rol oynayıb.

Prezident İlham Əliyevin avqustun 12-də Ağsu rayonunda “Ağsu Aqropark” Qapalı Səhmdar Cəmiyyətinin fəaliyyəti ilə tanışlığı da dövlətimizin başçısının bu sahənin inkişafına mühüm önəm verdiyini göstərir. Vergi güzəştləri, subsidiya və güzəştli kreditlərin verilməsi, lizinq əsasında ayrılan texnika və avadanlıqlar sayəsində qısa müddətdə aqrar sektorda yüksək nəticələr əldə edilməsi də məhz bu diqqətin nəticəsidir. Aqroparklar ötən müddətdə məşğulluq səviyyəsinin artırılmasında da mühüm rol oynayıb.

Hazırda aqroparklarda ümumilikdə 4491 işçi daimi, 6303 işçi isə mövsümi işlə təmin olunub. Gələcəkdə əlavə 4672 iş yerinin yaradılması nəzərdə tutulub. Hazırda ölkəmizin böyük uğur salnaməsi olan işğaldan azad edilən torpaqların sosial-iqtisadi sistemə səmərəli reinteqrasiyası təmin edilir. Bu strateji məqsədin həyata keçirilməsi üçün düşməndən təmizlənən ərazilərdə mərhələli şəkildə, prioritetləşdirilməklə, səmərəlilik şərtləri nəzərə alınmaqla və müasir təcrübəyə əsaslanmaqla bərpaquruculuq işlərinin həyata keçirilməsi, rəqəmsal texnologiyaların geniş tətbiqi ilə müasir sosial və biznes infrastrukturunun yaradılması, bu əsasda Azərbaycan vətəndaşının dayanıqlı məskunlaşmasının təmin edilməsi uğurla gerçəklədirilir.

İşğaldan azad edilən ərazilərin mövcud iqtisadi potensialından xalqımızın rifahı naminə tam istifadə olunması, xüsusilə Zəngəzur dəhlizi üzərindən reallaşdırılacaq regional nəqliyyatkommunikasiya layihələri davamlı inkişaf üçün geniş imkanlar yaradır. Bu gün Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında genişmiqyaslı bərpaquruculuq tədbirləri bu sahədə qarşıya qoyulan vəzifələrin yüksək səviyyədə həyata keçiriləcəyindən xəbər verir. Məhz uzunmüddətli dövrə hesablanan strateji baxışın, zəruri resursların və texnoloji həllərin mövcud olması bunun təminatı kimi çıxış edir.

Azərbaycan dövlətinin daha da güclənməsi və yüksək rifah cəmiyyətinin sürətlə inkişafı bu hökumət qarşısında duran prioritet istiqamətdir. Bunun üçün yeni hazırlanan və mükəmməlliyi ilə diqqət çəkən ölkənin sosial-iqtisadi inkişaf modeli mühüm önəm daşıyır.

Bu model ölkədə ictimai-siyasi sabitliyi daha da gücləndirməklə dayanıqlı iqtisadi artım, yüksələn sosial rifah və davamlı sabitlik üçün zəmin yaradıb. İqtisadiyyatda neft gəlirlərindən sosialiqtisadi məqsədlərə səmərəli istifadə etməklə gələcək inkişaf üçün şaxələnmə və ixrac potensialı yaradılıb. Şübhəsiz ki, belə bir yüksək nəticənin əldə olunmasında dövlətin səmərəli idarəetməsi həlledici rol oynayıb.

Növbəti strateji dövrdə “Qüdrətli dövlət və yüksək rifah cəmiyyəti”nə çevrilmək üçün mövcud sosial-iqtisadi modelin məzmun və strukturunun əhəmiyyətli dərəcədə yenilənməsi nəzərdə tutulub. Bununla əlaqədar qəbul edilən “Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”in müasir inkişaf ideologiyasına əsaslanan yeni sosial-iqtisadi artım modelinin bazasında həyata keçiriləcəyi qarşıya mühüm vəzifə kimi qoyulub.