ANALİTİKA

14 Aprel

III - Forex, zəhmətlə qazandığınız pulu yeyən ruhsuz bir maşındır.

3-cü hissə. Ticarət köməkçisi depozati boşaltmaqda bizə necə kömək etdi

Bir neçə ay “Forex”-siz qalandan sonra əllərimiz bir az qaşınmağa başladı. Zərərdən inciklik söndü və o çox sərfəli sövdələşmələr və qızıl üzərində böyük şamlar bizə rahatlıq vermədi. Axı, uğurlu əməliyyatlar olub və onlar bizim sistemimizə uyğun olaraq açılıb. Yəni bütün faktlar dəqiq planlaşdırılır və yalnız siqnallardan sonra əməliyyata giriş həyata keçirilirdi. Belə isə onda məğlubiyyətimizin səbəbi nə idi? Niyə məğlub ayrıldıq? Bütün forumlar və kitablar isə bir ağızdan bildirirlər ki, bazar səhvləri bağışlamır, 90 faiz ona görə əliboş gedir, çünki, sistemsiz ticarət edir. Yalnız real peşəkarların 10 faizi bazarda həqiqətən öz milyonlarını qazanırlar.

Bu yerdə maraqlı bir ifadə ilə qarşılaşdıq: "Yolun öhdəsindən gəzən gələr". Bu ifadəni zarafatla az işlətmədik: “Yolun öhdəsindən gəzən gələr, gəzən ...” Bu və ya digər şəkildə, fərq etməz, bu, bizim şüarımıza çevrildi. Ancaq həqiqətdə bizim bütün bədbəxtliklərimiz – zəfərə aparan əziyyətli yollardır. Və yalnız səhvlərdən dərs almağı bacaran soyuqqanlı treyderlər sona çata bilirlər. Və yalnız səhvləri üzərində öyrənməyi bacaran soyuqqanlı treyderlər axıra qədərə gedib çıxa bilirlər. Biz də getdik. Axı biz soyuqqanlı olmağı necə öyrənək? Necə tamaha güc gəlib ciddi şəkildə plan üzrə ticarət edək?  

Cavab düşüncəmizin işığıkmi gəldi - köməkçi yazmaq lazımdır. Axı məhz soyuqqanlı maşın bu, həyəcana və AZARTA uymadan, bazardakı vəziyyəti obyektiv qiymətləndirə bilər. Demək olar, bütün müasir terminallarda daxili proqramlaşdırma dilləri var və biz, yeri gəlmişkən, ixtisasca proqramçıyıq. İdeya ideal idi - bazarı bir sıra amillərlə qiymətləndirəcək və sövdələşməni açıb-açmayacağımızı söyləyəcək bir köməkçi yazmaq. Həftə ərzində kodlaşdırmağa çalışdıq. Biz spesifikasiyaları oxuduq, nümunələrə baxdıq - hər şey aydın oldu. Köməkçi olduqca tez yazıldı. Sistemimizin təfərrüatlarını xırdalamayacağam, lakin o, qrafiki müxtəlif dövrlərdə qiymətləndirdi və fbizim düşüncəmizəgörə, o, maraqlı məqamlara işıq saldı və ticarət başladı.

Kifayət qədər uğurlu olan köməkçi testi başladı. Bəli, səhvlər çox idi, lakin düzgün qərarlar 70%-dən çox idi. Hələlik biz biz demo hesablar üzərində işləyirdik, çünki real hesablarımız sıfırda idi. Köməkçinin yazılması prosesində biz onda daha bir mühüm üstünlüyü gördük - o, gecə-gündüz işləyə bilir, axı maşındır. Bu yerdə bütün ticarəti ona həvalə etmək qərarına gəldik. Biz onu sövdələşmənin açılması funksiyası ilə tamamladıq və sınaqdan keçirməyə başladıq. Yenə demək olar ki, bütün terminalların qiymət tarixçəsinə çıxışı var və köməkçisinin tarixdə effektivliyini qiymətləndirməyi bacarır. Qiymətləndirmənin nəticələri bizi heyrətə gətirdi. Əməliyyatlardan əldə edilən gəlir ayda əmanətin 1000 faizi qədər idi. Düzdür, bu yalnız tarix idi, lakin biz onu uzun müddət sınaqdan keçirdik və nəticələr bizdə inam yaratdı. Tarixdə bir sıra sistem parametrlərini düzəltdikdən sonra biz köməkçini real vaxt rejimində işə salmaq qərarına gəldik. Düzdür, hələlik  sınaq hesabında.

Bir neçə həftəlik testlər heç nə göstərmədi. Mənfəət sıfır idi, lakin itki də yox idi. Buna bəhanə tez tapdıq - indi bazar ləngdir. Bu dövrdə bazar həqiqətən də ləng idi. Özümüzü yormamaq qərarına gəldik, əks halda birdən bu demo hesabla bütün əməliyyatları qaçırardıq – depozitləri doldurduq və köməkçini real hesabda işə saldıq. Ona əməliyyatın minimum ölçüsünü təyin etdik və üzməyə buraxdıq. Təxminən bir aya yaxın üzdü. Bazarın davranışı tarixə qətiyyən bənzəmirdi. Baxmayaraq ki, bütün forumlar və dərsliklər yekdilliklə ticarətin qızıl qaydasını təsdiqlyirdilər: “tarix təkrarlanır”. Bəli, lakin o təkrarlanmadı. Robot ticarət etdi, bir çox sövdələşmələr açdı, lakin biz 1000 faiz artımı görə bilmədik.

Yəqin ki, indi “Üçüncü depozitlər də əridi” ifadəsi gözlənilir. Biz köməkçiyə depozitlərin yalnız yarısını xərcləməyə icazə verdik, sonra onun naqillərini kəsdik. Hesablarımızda hərəyə 250 dollar qalmışdı. Bu arada qızıl çoooox güclü xəttə yaxınlaşırdı. Nə deyəsən, AZART öz payını qopardı  və biz bir sövdələşmə ilə bütün itirilmiş pulları geri almağa qərar verdik. Sifariş verdik və gözlədik. Yeri gəlmişkən, sifarişlər lazım olduğu kimi işlədi. Və biz qazanca başladıq. Dərhal 500 dollara qədər böyüdük. Ancaq bununla da dayanmadıq, dərsliklərdə yazdıqları kimi “Bazarı son damlasına qədər sağmağa” başladıq. Amma bazar bizi daha tez sağdı.

Üçüncü depozitlər də sovruldu. Səhvlər isə hələ də eyni idi – azarta aldanaraq, biz plandan yayındıq. Baxmayaraq ki, bəzən tarix sadəcə  təkrarlanmırdı, bazar bütün xətlərə məhəl qoymadı və öz işi iləməşğuloldu. Ümumiyyətlə, bazarı təhlil etmək olurmu, yaxud treyderlərin bütün planlarını pozan təsadüfi fundamental amillər ona təsir edir?