ANALİTİKA

13 Aprel

II - Forex, zəhmətlə qazandığınız pulu yeyən ruhsuz bir maşındır.

Bax bu məqamda biz düşündük, forex bazarında qazanmaq realdırmı?

2-ci hissə. Qızılla necə zənginləşdik

Söylədiyim kimi, artıq ikinci əmanətimiz bitmək üzrə idi və biz uğursuzluğumuzun səbəbinin nədə olduğunu aydınlaşdırmağa qərar verdik. Səbəbi də olduqca tez müəyyən etdik - yanlış ticarət strategiyası. Bütün təcrübəsiz treyderlər kimi, biz də sistemsiz alver edirdik. Əlbəttə, bəzi taktikalarımız var idi, amma azarta alədə olaraq, biz hər şeyi yaddan çıxarırdıq və sürətlə getməkdə olan qrafiklərin arxasınca qaçırdıq. Bazarın sürətli hərəkətləri bizim ağlımızı əlimizdən almışdı, böyük gəliri əldən verməkdən qorxub, əməliyyatlara girişdik. Bu davranış hətta bir çox ağıllı məqalələrdə də yazılıb və "Gedən qatara atılıb minmək" adlanır. Növbəti dəfə davranışımız, yeni başlayanlarda müəyyən edilən klassik səhvlərə uyğun olması faktını təsdiqlədi ki, biz tezliklə təcrübəli peşəkarlara çevriləcəyik və yaxşı pul qazanmağa başlayacağıq.

Amma hesabımızdan boşalan 600 dollarlıq məbləğ artıq bizə boş şey kimi görünmürdü və biz dövriyyəni bir az azaltmağa qərar verdik. Çox kiçik əməliyyat ölçülərinə keçdik, ciddi şəkildə sistemə uyğun açılmağa çalışdıq. Hardasa, hətta bəzi şeylər də alındı.  Lakin burada qazanc olduqca darıxdırıcı idi. Təxminən 100 dollarlıq əmanət qalığında biz hər əməliyyatdan 1-2 dollar qazanırdıq ki, bu da bir gündən çox davam edə bilərdi. Belə vəziyyət bizi mütəəsir etdi, axı belə templə keçmiş əmanətləri tezliklə qaytarmaq heç cür mükün deyildi.

Düşünüb belə qərarar gəldik ki, evdə oturub birjada həm ipoteka, həm də dolanışığı üçün qazanan dostumuzdan kömək üçün üz tutaq. Onun cavabı sadə və aydın idi - siz yanlış cütlərlə ticarət edirsiniz. Bu avrodolları atın, qızıl ticarətinə keçin (XAU/USD). Elədir, lakin qızıl ticarətində bir əhəmiyyətli çatışmazlıq var idi - minimum əməliyyat məbləği 125 dollardır və bir az da xərclik lazımdır. Ümumiyyətlə, bizim əmanətlərimiz qızıl alverinə qətiyyən uyğun deyildi və mən nədənsə öz pul kisəmdən ona yeni pul qoymaq istəmədim. Bununla belə, biz terminallarımıza qızıl cədvəl əlavə etdik və mütəmadi olaraq ona baxmağa başladıq. Doğrudan da orada dəhşət gözəl fiqurlar var idi və hərəkətin intensivliyi həqiqətən sürətli qazanc ümidini ilhamlandırdı.

Bir neçə həftədən sonra biz hiss etdik ki, artıq hazırıq! Deyəsən, depozitlər əriməyi dayandırmışdı və biz birtəhər özümüzə hakim olmağa başlamışdıq. Demək olar ki, peşəkarlar kimi, öz sistemlərimizi, ordakı qrafikaları, oxları, işləyib hazırladıq. Gücümüzü topladıq və hərəmizə depozitə daha 500 dollar yatırdıq. Bəli, bir sövdələşmə üçün sadəcə 125 lazım idi və məhz o uğur qapısını açacaqdı, amma bir az da ehtiyat lazım idi.  Beləcə biz qızıl alverinə geçdik. Əlbəttə, xatırlayıram ki, kifayət qədər adrenalinimiz var idi. Hər bəndin 1 dollara başa gəldiyi ticarətin açılması xarikə idi. Bazarın hər hərəkəti ilə terminaldakı rəqəmlər sürətlə dəyişirdi. Ən maraqlısı o idi ki, bizim gəlirli ticarətimiz olurdu və bir bəndin qiymətinin yüksək olması qazancı çox əhəmiyyətli edirdi. +200 dollarlıq bir neçə sövdələşmə bağladıq. İkinci maraqlı fakt oidi ki, həqiqətən də qızıl analizə yaxşı gəlirdi. Xüsusilə də güclü xətləri o, yaxşı işləyirdi. Düzdür, bir əmma var idi ki, qrafik güclü xətlərə ayda bir dəfədən çox yaxınlaşmırdı, biz isə daim alver etmək istəyirdik. Lakin biz özümüzə hakim olduq, gözlənilən sifarişlər verdik və kök sövdələşmələri gözlədik.

Əlbəttə, hər şey bizdən asılı olsaydı, həyat bal kimi olardı. Bir müddətdən sonra gördük ki, qızıl heç də həmişə güclü xətlər yaratmır, bəzən sadəcə onları qırır və pulumuzu da götürüb itkiləri dayandırmağa (stop-loss-red) şığıyır. Yenə də həmən AZARTa uyub, əməliyyatları əksinə dəyişdirərək qrafikin arxasınca qaçdıq. Amma bu, bildiyiniz kimi, pis təcrübədir və biz əmanətləri itirdik. Üstəlik, biz gah bu, gah da digər təxribata uyub, onları çox,olduqca çox sürətlə itirdik. Ən maraqlısı isə odur ki, bütün bu vurnuxmanın içində siz itirməkdən yorulmağa başlayırsınız və real pul itirdiyini artıq hiss etmirsən. Yəni, bir qədər əvvəl öz pul kisəndən brokerə köçürdüyün şəxsi pulunu.

Hesabımıza marja zəngi gəldiyi anda o qədər tükənmişdik ki, hətta ümumiyyətlə, hər şeyin nəhayət bitdiyinə və artıq narahatlığa ehtiyac olmayacağına sevindik. Biz forex bazarını və asan pul gətirən bütün bu müəssisələri tərk etmək qərarına gəldik. Hətta baxmayaraq ki, biz sərfəli sövdələşmələr gördük və hətta onları bağladıq. Baxmayaraq ki, yoldaşımız evdə oturub bir-iki sövdələşmə ilə dolanır, biz isə iş yerimizdə səhər-axşam əlləşirik, qayğısız gələcək perspektivi yoxdur, belə.

Forex-dən tərk etmək mümkündürmü? Bir gün sadəcə bu şəkildə ondan uzaqlaşıb bir daha geri qayıtmamaq mümkündürmü?