ANALİTİKA

24 Mart

BMT dünyanın aclıqla üzləşəcəyini istisna etmir

“Cəhənnəmə hazırlaşın”: BMT dünyanın aclıqla üzləşəcəyini istisna etmir

Mütəxəssislər həyəcan təbili çalır: bir çox ölkələr ərzaq çatışmazlığı ilə üzləşəcəklər

Ümumdünya Ərzaq Proqramı Ukraynadakı müharibənin qlobal ərzaq ehtiyatlarına ziyan vurması səbəbindən Afrika və Yaxın Şərqdə aclıq riskini proqnozlaşdırır. Dünyanın ən böyük ərzaq yardımı agentliyinin rəhbəri Avropa liderlərinə sərt xəbərdarlıq edir: ya qlobal aclığın qarşısını almaq üçün indi daha çox pul ödəyin, ya da sonradan miqrasiya böhranı ilə üzləşəcəksiniz.

“POLITICO” nəşri yazır ki, Ukraynadakı münaqişə beynəlxalq ərzaq bazarlarını silkələyir, tədarükün kəsilməsi və qiymət artımı səbəbindən onsuz da ciddi olan dünya aclığı problemini daha da gücləndirir. Ümumdünya Ərzaq Proqramının icraçı direktoru Devid Bislinin fikrincə, bu vəziyyət dünyanın ən yoxsul, aclıqdan ən çox əziyyət çəkən bölgələrində siyasi xaosa gətirib çıxara və görünməmiş miqrasiya böhranı yarada bilər.

“POLITICO” nəşrinə müsahibəsində Bizli xəbərdarlıq edib ki, Avropa təcili olaraq daha çox vəsait ianə etməlidir, əks halda nəticələrin ağır yükünü çəkməli olacaq. Ümumdünya Ərzaq Proqramının rəhbəri deyib: "Bizim milyardlarla vəsaitimiz çatışmır". “Bu il əlavə bir neçə milyard dollar ayırmamaq aclıq, sabitliyin pozulması və kütləvi miqrasiya ilə üzləşəcəyimiz deməkdir”.

“POLITICO”nun qeyd etdiyi kimi, Rusiya və Ukrayna dünyanın ən böyük taxıl istehsalçıları və ixracatçıları sırasındadırlar. İndi onların aasında gedən müharibə Yaxın Şərq və Afrikada bu təchizatdan asılı olan ölkələrə birbaşa təsir göstərir.

Afrikanın buğda idxalının yarısı həm də əsas gübrə ixracatçısı olan Ukrayna və Rusiyadan gəlir. Ukraynaya gəlincə, onun ixracı dalana dirənib və bu il ərzaq məhsullarının artırılmasını davam etdirmək imkanı tükdən asılı qalıb. Devid Bislinin fikrincə, həlledici məqam münaqişənin nəticələrinin tam təsiri özünü payızda göstərəcək.

Bizli Avropa liderlərinə xəbərdarlıq edərək bildirib: "Əgər indi yer üzündə cəhənnəm olduğunu düşünürsünüzsə, o zaman hazır olun". Şimali Afrikaya laqeyd yanaşsaq, Şimali Afrika Avropaya gələcək. Yaxın Şərqə etinasız yanaşsaq, o zaman Yaxın Şərq də Avropaya gələcək”.

Onun sözlərinə görə, hazırda dünyanın bu bölgələrində iqtisadi vəziyyət “ərəb baharı” ərəfəsində olduğundan daha pisdir. Həm də təkcə Yaxın Şərq və Şimali Afrika ölkələrinin əhalisi təzyiq hiss etməyəcək.

Ümumdünya Ərzaq Proqramı artıq Niger və Burkina Faso kimi Sahel ölkələrindən daha cənubda milyonlarla insanı yedirdir, əgər burada ərzağın dünya qiymətləri yüksək səviyyədə qalsa, problemlər daha da ağırlaşacaq. "Mən bir neçə ildir ki, inkişaf etmiş ölkələrimizə xəbərdarlıq edirəm ki, ehtiyatlı olmasaq, Sahel dağılacaq", – deyə Devid Bizli bildirib.

Ərzaq böhranı nəzarətdən çıxsa və dünya kritik tədarük çatışmazlığı ilə üzləşsə, varlı Qərb siyasi iğtişaşlardan xilas ola bilməyəcək.

Bizli AB-nin bu həftə böyük bir humanitar konfransa ev sahibliyi etdiyi Belçika Kral İncəsənət Muzeyində dəbdəbəli bir şəraitdə çıxış edərkən deyib: “Sizcə, Parisdə, Çikaqoda və Brüsseldə kifayət qədər qida olmayanda nə baş verəcək? Tox olanda fil sümüyündən olan qüllənizdə oturmaq sizə asandır."

Bizli "mükəmməl fırtına" adlandırdığı COVID pandemiyası, iqlim şokları və həll olunmamış silahlı münaqişələr kimi səbəbilə Ümumdünya Ərzaq Proqramını 8  milyard dollar defisitlə üzləşib. Xüsusilə, Yəməndəki münaqişə 13 milyon insanın qida üçün BMT agentliyindən asılı olması deməkdir. Ukraynadakı münaqişə aclıq böhranını kəskin şəkildə dərinləşdirmək təhlükəsi yaradır.

2021-ci ildə Ümumdünya Ərzaq Proqramı ən çox ərzağ Ukraynadan satın alıb. Lakin Bizli deyir ki, proqramın Ukraynadan asılılığı ilə bağlı birbaşa problem təchizatla bağlı deyil, daha geniş xərc tələb edən inflyasiya ilə bağlıdır. Business Insider-in məlumatına əsasən, Rusiya Ukraynada hərbi əməliyyatlara başladıqdan sonra buğdanın dünya qiyməti 19 faiz artıb.

“POLITICO” yazır: “Reallıq budur ki, Ümumdünya Ərzaq Proqramı ən yaxın vaxtlarda daha çox pul almasa, o zaman Yəmən, Çad və Niger kimi yerlərdə ərzaq paylamalarını kəsməlidir ki, Ukraynada acların qarnını doyursun”.

Ümumdünya Ərzaq Proqramı 2020-ci il Nobel Sülh Mükafatının qalibidir, müəyyən məqsədlər üçün vəsait ayıran hökumətlərin və ya özəl donorların ianələrindən asılıdır. Almaniya ABŞ-dan sonra ikinci ən böyük donordur, Avropa Komissiyası isə təxminən 500 milyon dollarla üçüncüdür. Lakin Aİ ölkələri heç də ayrı-ayrılıqda eyni çəkiyəmalik deyillər: “POLITICO” qeyd edir ki, Fransa Rusiyanın 2020-ci ildə ianə etdiyi məbləğin yarısından da azını ianə edib.

Aİ liderləri Ukraynaya silah-sursat yardımı edib, Rusiyaya sanksiyaların sayını günü-gündən artırdıqları bir vaxtda, bəlkə də fövqəladə aclıqla məşğul olmağı və bu barədə ciddi düşünməyi arxa plana keçirirlər.Amma David Bizli xəbərdarlıq edir: "Əgər siz bunu etməsəniz, yüz qat artığını ödəyəcəksiniz."