Esktremal hava şəraiti elektrik şəbəkələrini, qaz kəmərlərini və digər enerji infrastrukturunun fəaliyyətini gərginləşdirir, məhdudlaşdırır. Ekspertlər bunu gələcəkdə baş verə biləcək gözlənilməz təbiət hadisələri üçün sınaq olaraq görürlər. İnkişaf etmiş və inkişaf etməkdə olan ölkələr, xüsusən də, infrastrukturun yenilənməsinə sərmayə yatırımı planlaşdırılan bölgələr də bu təcrübədən faydalanmalıdırlar.
Bəs onları necə qorumaq olar?
Dünyadakı təbii fəlakətlər təkcə 2020-ci ildə 268 milyard ABŞ dolları həcmində iqtisadi itkiyə səbəb olub. Sığorta isə bu itkinin yalnız kiçik bir hissəsini konpensasiya edir. Keçən il ödənilən zərər sığortası 78 milyard ABŞ dolları idi. Fəlakətlərdən gələn iqtisadi itkilər sığortalı itkilərdən daha sürətlə böyüdükcə, iqtisadiyyatları iqlimlə əlaqəli təsirlərə uyğunlaşdırmaq cəmiyyətin əsas prioritetinə çevrilmişdir. Dünyanın ən böyük təkrarsığorta (reinsurance) şirkətlərindən biri olan “Swiss Re” 2020-ci ildə qlobal qoruma boşluğunun 113 milyard dollar (10 illik ortalama 143 milyard dollar səviyyəsindən aşağı) olduğunu açıqladı.
Bu, təbii fəlakətlərdən meydana gələn sığortasız zərərlərin dünya iqtisadiyyatı üçün xeyli dərəcədə böyük olduğunu göstərir. Bu mənada ekspertlər qeyd edirlər ki, iqtisadiyyatın iqlimlə əlaqəli təsirlərə uyğunlaşdırılması əsas prioritet olaraq müəyyən edilməlidir. Bundan əlavə, sığortalar dəyişkən olmalı, hadisələrin verdiyi zərərə uyğun hesablanmalı, əvvəlcədən konkret rəqəmlərlə məhdudlaşdırılmamalıdır. Ekstremal hava şəraiti bir çox sənaye sahəsinə də təsir göstərir. Bu isə, öz növbəsində, dəyişikliklərə, daha yüksək xərclərə və iflasa səbəb ola bilər. Hava şəraiti ilə əlaqəli yüksək risklərə aid olan əsas sahələr – kənd təsərrüfatı, turizm, tikinti, bərpa olunan enerji sektoru və sairədir.