Bu gün Azərbaycanda kifayət qədər maraqlı bir vəziyyət yaranıb: bəzi əmanətləri yığan insanlar, qorumaq və ya ən azı bir qədər artırmaq üçün onları hara investisiya edəcəklərinə, bilmirlər.
Ənənəvi olaraq, Azərbaycan əhalisi tərəfindən daşınmaz əmlaka və bank depozitlərinə investisiya qoyulub. Lakin daşınmaz əmlak artım templəri xeyli dərəcədə azalıb, və bank depozitlərinin gəlirliliyi dahada aşağı düşüb. Belə vəziyyətdə, bir çox insanların əsas sualı yaranır - mövcud əmanətləri hara minimum risk və maksimum fayda ilə investisiya etmək olar.
Hal hazırda Azərbaycanda əmanatlarının investisiyası üçün o gədər çox fürsət yoxdur, əsasları aşağıda təqdim olunur.
1. Bank depozitləri:
Azərbaycanda 2020-ci ildə bank depozitlərinin gəlirliyi azalmağa meyilli gedirdi. Depozitlərin orta illik manat gəlirliliyi 6-8 %%, xarici valyutada - 1% və daha aşağı olub. Bank depozitləri ən etibarlı investisiyalardır, 100.000 manata qədər əmanətlər Azərbaycan Əmanətlərin Sığortalanması Fondu (ADIF) tərəfindən sığortalanır. 2020-ci ildə cüzi bir azalmaya baxmayaraq, fiziki şəxslərin depozitlərinin həcmi 7,91 milyard manat təşkil edib.
2. Daşınmaz əmlak:
Azərbaycanda daşınmaz əmlaka qoyulan investisiyalar həmişə sabit və yüksək gəlirli hesab edib. 2020-ci il, böyük qazanc əldə etmək məqsədi ilə investisiyalar üçün yaxşı il deyildi. Daşınmaz əmlak bazarında qiymətlər artıq sabitləşib. 2020-ci ildə orta qiymət artımları 5-10% və kirayə gəliri isə 5% təşkil edib. Orta qiymətlər dəyişməz qalarkən, daşınmaz əmlak aşağı likvidlik səviyyəsində qalmışdır. 2021-ci ildə, 2020-ci ilin tendesiyaları davam edəcəkdir.
3. Valyuta:
2020-ci ilin sonunda ABŞ dolları avro və İsveçrə frankı da daxil olmaqla bir çox valyutaya nisbətən ucuzlaşıb. Avroya qarşı düşməsi 12 %-dən çox olub və məzənnəsi 1.2295 dollara çatmışdır. Bu gün FOREX bazarında da pul qazana bilərsiniz, amma hər zaman xatırlamalısınız ki, statistikaya görə bu bazarda bir çox oyunçular öz pullarını itirirlər.
4. Qızıl:
2011-ci ildən bəri ilk dəfə qızılın qiyməti - 1900 dollardır, ilin əvvəlindən qiymət artımı 25% -i keçib. Koronavirus, qızılın ənənəvi bir müdafiə aktivi olaraq, onun artımına səbəb olub, və 2021-ci ildə peyvəndləşmədən sonra qızılın qiyməti sabitləşə bilər. Mənfi cəhətlər arasında aşağıdakıları qeyd etmək olar: qızılın saxlanmasında problemlər və qırıntı şəkilində qızıl satışında itkilər.
5. Yerli qiymətli kağızlar:
Təəssüf ki, qonşularımız Rusiya və Türkiyədən fərqli olaraq, investisiya qoyuluşu yeri kimi Azərbaycanın qiymətli kağızlar bazarı inkişaf etməyib. Bunların arasında ən etibarlıları - dövlət və korporativ istiqrazlardır. 2020-ci ildə “AzerGold”un 4 % illik gəlirliliklə ABŞ dollar istiqrazların buraxılışı uğurla yerləşdirilmişdir. SOCAR-ın 5% gəlirli ABŞ dollar istiqrazları da BFB-də dövriyyədədir. Ancaq istiqraz buraxılışlarının sayı və həcmi potensial alıcıların tələbini ödəmirlər. 2021-ci ildə 4,5% gəlirli 100 mln. ABŞ dollar həcmində yeni SOCAR istiqrazlarının buraxılması planlaşdırılır.
6. Xarici qiymətli kağızlar – ETF:
2020-ci ildəki ən yüksək gəliri texnologiya sektorundan Amerika şirkətlərinin səhmlərinə investisiya edən investorlar əldə etdilər. Xarici qiymətli kağızlardan uğurla pul qazanmaq üçün bu sahəni bilməlisiz, bazarı daimi izləməli və dəyişikliklərə operativ reaksiya verməlisiniz. Xarici səhmlərə investisiya qoymaq olduqca riskli bir investisiya növüdür. ETF (Exchage Traded Funds) fondlarına investisiya qoymaqla risklərinizi azalda bilərsiniz. ETF qiymətli kağızların və ya digər alətlərın hazır portfelləridir. Bazarın dərin başa düşülməsinə ehtiyac yoxdur, belə bir fondun bir hissəsini – investisiya portfelinnin bir hissəni ala bilərsiniz. SP500 indeksində bir ETF almağın klassik bir nümunəsidir. SP500 ETF alsanız, ABŞ-ın ən böyük 500 şirkətinin sahibi olacaqsınız.
7. Bitkoin
Bu ilin 8 yanvar tarixində bitkoinin qiyməti tarixi maksimuma - 41 min dollara çatıb, bundan sonra kəskin 15 %-zə azalıb. Bu gün bitcoinin qiyməti bərpa olunur, lakin uzun müddətdə bu, müxtəlif siyasi və iqtisadi hadisələrdən asıllı olacaq, dalğalanmalara məruz qalacaq. Bitcoin (btc) - rəqəmsal puldur, kriptovalyutadır. Fiziki cəhətdən bu valyuta yoxdur, yalnız İnternetdə işləyir. Bitkoinlərlə dollar və ya avro kimi İnternetdə də alış-veriş edə bilərsiniz və birjalarda dövriyyədədir. Unutmayın ki, Azərbaycan ərazisində bitкoin istehsalı (mayning), alqı-satqısı və dəyişməsi Azərbaycan qanunvericiliyi ilə tənzimlənmir.
8. Sığorta yolu ilə investisiya:
Sığorta və investisiya xidmətləri bazarında ən populyar alətlərdən biridir. Eyni zamanda həyatınızı sığortalaya və ETF fondlarına investisiya qoya bilərsiniz. İnvestisiya həyat sığortası (unit-linked), eyni zamanda investisiyaları və həyat sığortasını birləşdirən ETF-lərə və beynəlxalq fondlara investisiya qoyuluşunun daha asan və xüsusi bir yoludur.
Fuad Şahvəliyev, maliyyə və investisiyalar üzrə məsləhətçi və ekspert,
“mymoney.az” portalının təsisçisi