ANALİTİKA

08 Dekabr

Robotların yaşaya biləcəyi şəhərlər tikmək şansımız yaranıb

Bakı, 08 dekabr Fins.az

Dünyanın inkişafı və gedişatı hər kəsə məlumdur. İnsanlıq daha yaxşı yaşamaq və daha çox yüksək ixtisaslı fəaliyyət göstərmək üçün fiziki işlərin robotlara ötürülməsinə, nəticədə vaxtlarını yaşamağa, öyrənməyə, yaratmağa və öyrətməyə sərf etmək yolunda irəliləyir.

Lakin bu proseslər əsrlərdir qurulmuş böyük şəhərlərdə həyata keçirilir ki, şəhərlərin infrastrukturu robotların hərəkəti, insan və nəqliyyat vasitələri ilə münasibətində ciddi çətinliklər yaradır.

Hətta bir çox şirkətlər daha çox açıq olan hava məkanında hərəkət edəcək robotlar (dronlar) da qurmağa çalışır. Bu sahədə insanlıq edə biləcəyinin böyük hissəsini artıq edibdir. Bəzi hallarda şəhərin infrastrukturunda işlər görülməlidir ki, rahatlığı təmin etsinlər. Bu da böyük resurs tələb edir ki, bu resursun effektivliyini təmin etmək çox çətindir.

Lakin ölkəmiz bu sahədə də üstünlük əldə edib. Demək olar ki, azad edilmiş şəhərlərimizin hamısı yenidən qurulacaqdır. Bu prosesdə mütləq şəkildə 10-50 il sonranı da düşünməliyik.

Bu şəhərləri qurarkən bəzi etmədiyimiz xərclər gələcəkdə bizə üstünlük kimi geri dönə bilər. Şəhərin quruluşu, nəqliyyat və piyada yollarının quruluşu, yaşayış evlərinin layihələndirilməsi zamanı kiçik nüansları nəzərə alsaq gələcəkdə dəyər yaratmaq üçün robotlardan istifadə edə bilərik.

Ən azı daşınmanı, ağır işlərin görülməsini, təhlükəsizliyi, iş yerlərinin dijitallaşdırılmasını asanlaşdıra bilərik.

Azad edilmiş şəhərlərin və rayonların əhalisi kifayət qədərdir və böyük əksəriyyəti öz vətəninə geri qayıdacaqdır, əhalinin kontingenti də çox müxtəlif ixtisaslara və bilik və bacarıqlara sahib olduğu üçün qısa müddətdə ciddi inkişaf görəcəyik.

Lakin effektivlik müasir dünyanın əsas tələbi olduğu üçün illər sonra effektiv olmayan yaşayış məntəqələri öz aktuallığını itirə bilər.

İnsanların vaxt resursundan səmərəli istifadə etməsinə xüsusi diqqət yetirməliyik. Kapital resurs kimi müəyyən sürətlə arta bilər və effektivlikdən birbaşa asılıdır. Peşəkarlığın bir resurs kimi artırılması vaxtdan asılıdır, vaxt isə məhdud resursdur.

İnsanlar yalnız vaxtdan səmərəli istifadə etməklə bir ərazini digərindən daha sürətlə inkişaf etdirə bilər. Vaxtın səmərəli istifadəsi isə texnika və texnologiyanın düzgün istifadəsi nəticəsində mümkündür.

İnvestisiya məsləhəti almaq üçün istənilən şəxs //afi.az/investment-services/ linkinə daxil olaraq “Müştərimiz ol” düyməsinə klik etməklə açılan pəncərədə özü haqqında məlumatı yerləşdirə bilər.

Müəllif: İntiqam Səfərəliyev

AzFinance İnvestisiya Şirkətinin Direktoru