Əsas xəbərlər
Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib

“ABB”- nin xalis mənfəəti 45,6%artıb-HESABAT

Aktivlərinin həcminə görə Azərbaycanın ən böyük bankı olan “ABB” ASC 2021-ci ilin 3-cü rübünü 197 milyon 182 min xalis mənfəətlə başa vurub. Fins.az xəbər verir ki, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqaəsədə 61 milyon 785 min manat və ya 45,6% çoxdur

Hesabat dövründə bankın aktivləri 4.9% artaraq 94 milyon 318 min 96.99 manat təşkil edib. 2021-ci ilin 3-cü rübündə ABB-nin cəmi əməliyyat gəlirləri 61 milyon 877 min manat artıb.

2021-ci ilin 3-cü rübündə ötən ilin müvafiq dövrünün göstəriciləri ilə müqaisədə bankın müştərilərə verdiyi kreditin məbləği 13.5% artaraq 208 milyon 320 min manat təşkil edib.

2021-ci ilin 3-cü rübünə olan hesabata görə,  ABB-də cəmi depozitlər 1 milyard 204 milyon 369 min manat və ya 21,7% artaraq 6 milyard 753 milyon 946 min manata çatıb

2020-ci ilin 3-cü rübü ilə müqayisədə 2021-ci ilin 9 ayında ABB-nin faiz gəlirləri 6.8% artaraq 323 milyon 735 min 28 manat təşkil edib. Bankın faiz xərcləri 7 milyon 52 min manat və ya 9,4% azalaraq 68 milyon 316 min manata çatıb.

Bankın sözügedən dövrdə qeyri-faiz xərcləri isə 39 milyon 888 min manat və ya 34,7% artaraq 154 milyon 940 min manata yüksəlib. 2020-ci ilin 9 ayı ərzində ABB-nin faiz xərcləri 75 milyon 368 min manat, qeyri-faiz xərcləri isə 115 milyon 52 min manat təşkil edib.

SHARE THIS STORY

FacebookTelegramTwitter