Əsas xəbərlər
Mərkəzi Bankın valyuta ehtiyatları ARTIB Uludağda Yeni İl MACƏRASI Gömrük Komitəsi büdcə öhdəliyinə 111,19% əməl edib-SƏDRDƏN AÇIQLAMA 12 səhmdar cəmiyyətin dövlətə məxsus səhmləri satışa çıxarılır “Nar” gələcəyin İT peşəkarlarını yetişdirməyə davam edir Gəncədə LED lampaları fabriki açılacaq-DEKABRDA Gəncədə soyuducu zavodu açılacaq Rusiya Xəzər Şurasının yaradılmasını təklif edib TuranBank-dan “İlin fürsəti” nağd kredit kampaniyası DİM-də dekabrın 4-də SAT imtahanı keçiriləcək Belçikada təqaüd proqramına sənəd qəbulu davam edir FBI Whatsapp və iMessage-dəki istifadəçi məlumatlarını əldə edə bilir ETSN: Yaxın saatlarda hava şəraiti dəyişəcək Səudiyyə Ərəbistanı bu ölkənin Mərkəzi Bankına 3 milyard dollar yerləşdirəcək “İmmunitet sertifikatı”nın müddətinin uzadılma qaydası açıqlanıb Çindən olan kriptovalyuta maynerləri Qazaxıstanda elektrik enerjisi kəsintilərinə səbəb olub “SpaceX” müflis ola bilər “Omikron” artıq 20 ölkəyə yayılıb Laçının işğaldan azad edilməsindən bir il ötür Yen bahalaşıb, Avstraliya dolları dəyər itib Zəngilan Hava Limanının uçuş-eniş zolağının ərazisi minalardan təmizlənib Azərbaycanda könüllü sığorta 11%, icbari sığorta isə 16% artıb İlon Mask yeni Tesla məhsulunu – “kiber fit”i təqdim etdi Azərbaycanda həyat sığortası 21%, qeyri-həyat sığortası isə 6% artıb Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yoluna asfalt örtüyünün döşənməsinə başlanılıb Avropa Enerji Birliyinin rəhbəri Serbiya üçün qazın qiymətini inanılmaz adlandırır AccessBank Qarabağın dirçəlişinə dəstək olur Bu gün OPEC+ ölkələrinin nazirlərinin toplantısı keçiriləcək Azərbaycan nefti UCUZLAŞIB OPEC-in iclası ərəfəsində neft 2%-dən çox bahalaşıb Mərkəzi Bank rəsmi valyuta məzənnələrini açıqlayıb ABŞ birjalarında eniş Ərdoğan: Biz faiz dərəcəsini aşağı salırıq, inflyasiyanın azaldığını görəcəyik ABŞ bank sektorunun mənfəəti təxminən 36% artıb Azərbaycanın sığorta bazarı 12% böyüyüb Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Mərkəzi Bankda media nümayəndələri üçün növbəti təlim keçirilib – FOTO Gömrük ödənişlərindən yayınan şəxslərin sayı AÇIQLANIB Nubank IPO-nun dəyərini 40 milyard dollardan çox azaldıb “Azərtütün”-lə bağlı investisiya müsabiqəsinin qalibi bu şirkət oldu-8 mln 200 min manatlıq köçürmə Helikopter qəzasında həlak olanların SİYAHISI Goldman Sachs Türkiyənin 2021-ci il üçün artım proqnozunu yüksəldir “Omikron” ştamı Azərbaycanda ciddi narahatlıq doğurur – RƏSMİ Rusiya Mərkəzi Bankının faiz artımına dair göstərişi “Gənclərin biznes emalatxanası” layihəsinə start verildi Kristal Abşeron işçi axtarır Mobil bankinq təhlükələri kriptovalyutaya yeni hücumlar: 2022-ci ildə maliyyə sektorunu nə gözləyir? Onlayn biznes krediti zirvədədir Zaur Qəhrəmanov: Azərbaycan Avropaya 7 milyard kubmetr qaz ixrac edib Nazir sosial ödənişlərdə olacaq artımdan danışdı Azərbaycan Türkiyə sığorta bazarına inteqrasiya edir “Yelo Bank”-ın rəhbəri: Bizim bankda rəsmi dollar alışında ciddi fərq yoxdur İstehlaka yararsız heyvan ətinin satışının qarşısı alınıb “Nar” milli internet resurslarına dəstək olur Gəlirliliyi 12,5% olan istiqrazlar satılacaq – anderrayter “AzFinance İnvestisiya Şirkəti”-dir Bakıda koronavirusa görə bağlanan iki məktəb açıldı Çoxmənzilli binalarda quraşdırılan elektrik sayğacları üzrə araşdırmalara dair qərar qəbul edilib Dubay hökuməti Emirates-in IPO-sunu nəzərdən keçirir – aviaşirkətin prezidenti Vüqar Bayramov: Manatın məzənnəsi birbaşa Azərbaycan Mərkəzi Bankının yanaşmasından asılıdır Yeni İl Bakurianidə – 198 dollardan başlayan qiymətlərlə AccessBank işçilər axtrır COVID sertifikatının verilməsindən hansı hallarda imtina ediləcəyi açıqlanıb Azərbaycan bankları bu gün 140 milyondan çox dollar aldı Azexport.az portalına 398,7 milyonluq ixrac sifariş Zaur Qəhrəmanov: İnvestisiyaların ümumi dəyərinin 19,5 mlrd. dollara çatacağı gözlənilir BDU-da 8 dekan və 29 kafedra müdiri vəzifəsi boşdur – SİYAHI Ən çox bu 5 ölkədən ixrac sifarişi daxil olub “Azərkosmos”-dan 39 milyon dollarlıq xidmət ixracı Azərbaycanda ən çox mal ixrac edən özəl şirkətlər-TOP 10 Azərbaycan qeyri-neft sektoruna aid hansı məhsulu daha çox ixrac edib? Zamanınızı dəyərləndirin Əcnəbilərin Azərbaycanda bank kartı ilə xərcləmələri 5 dəfə artıb Azərbaycanın qeyri-neft ixracı 42% ARTIB Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda nə qədər elektrik enerjisi istehsal edilib? Povel: Omicron iqtisadi risklərin və inflyasiya qeyri-müəyyənliyi artıracaq PASHA Life işçi axtarır Peşə Təhsili üzrə Dövlət Agentliyi və “Azerconnect” şirkəti arasında Anlaşma Memorandumu imzalanıb Ziya Əliyev: “Bir bankın öz öhdəliyini yerinə yetirməməsi yoluxucu digər banklara təsir edir” Kəlbəcərin Qılınclı kəndinin görüntüləri – VİDEO Mərkəzi Bank rəsmisi: Əsas məqsədimiz maliyyə sabitliyini qoruyub saxlamaqdır Azərbaycan xaricə satdığı elektrik enerjisi artıb Avropa fond bazaralarında indekslər YÜKSƏLİB Neft BAHALAŞDI Azərbaycan qeyri-neft sənaye məhsulları hansı ölkələrdə satılır? Manatın dollara qarşı sabaha olan rəsmi məzənnəsi AÇIQLANIB Bu sənaye parklarına 40 mln. manatlıq layihələr təqdim edilib-Mikayıl Cabbarovdan AÇIQLAMA “Həmin bankların özləri də bilirlər ki, kibertəhlükəsizliklə bağlı ciddi problemləri var” İndi al sonra ödə Enerji böhranı Qazprom-un xeyrinə olub-REKORD GƏLİR Zakir Nuriyevdən“Rabitəbank”-ın investisiya şirkəti ilə bağlı AÇIQLAMA İtaliya tənzimləyicisi “Google” və “Apple”ı $11.2 mln. cərimələyib Azərbaycanda bu proqram təminatının milli adlı blud versiyası hazırlanır Avropada avtomobil müsabiqəsinin finalında elektromobillər üstünlük təşkil edir Renault qeyri-adi 4 modelini hazırlayıb Dünya Turizm Təşkilatı: “Turizm 2023-cü ildən tez bərpa olunmayacaq” Azərbaycanda dərmanlar ucuzlaşa bilər Tural Məmmədov: Problem bankların sistemlərində deyil.. Hesablama Palatası Elmin İnkişafı Fondunda nöqsanlar aşkar edib SOCAR: “Satışdakı yanacağın keyfiyyətinə nəzarət etmirik” Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində iki şöbə birləşdirilib Finlandiya yeddi ölkədən səyahətçilərin gəlişini məhdudlaşdırıb Yerli nəqliyyat-ekspedisiya xidmətləri göstərənlərə vergi güzəşti ediləcək – VİDEO Ağdam Sənaye Parkında nə qədər ərazi minalardan təmizlənib ASAN Xidmət tender elan edir Temperatur 5-7 dərəcə aşağı enəcək – ƏHALİYƏ XƏBƏRDARLIQ Azərbaycanın top bankları və maliyyə qurumları kibertəhlükəsizliklə bağlı xüsusi departamentlər və baş inzibatçılar formalaşdırır Qarabağ iqtisadi rayonunun əhalisinin sayı açıqlanıb Tural Məmmədov: 44 günlük müharibə dövründə dövlət informasiya resurslarına 2678 kiberhücum təhdidi qeydə alınıb Sabaha olan HAVA PROQNOZU “Azərbaycan Sənaye Sığorta”da növbədənkənar yığıncaq KEÇİRİLƏCƏK Xiaomi elektrik avtomobil fabriki quracağını açıqlayıb Artıq SOCAR-ın Heydər Əliyev adına Neft Emalı Zavodunda 4 yeni qurğuda istismara hazırlıq işləri başlayır Yeni ştamın simptomları nədir? “Omicron” Azərbaycanda aşkarlanıb? Koronavirusla bağlı SON STATİSTİKA 600 min vətəndaşa pulsuz bank hesabı açılıb Fermer təsərrüfatlarının fəaliyyətinə dair yeni dövlət standartı qəbul edilib Bakıdakı liseydə karantin müddəti uzadıldı Koronavirusa görə bağlanan məktəbdə əyani tədris bərpa olundu Zakir Nuriyev:Dolların qiymət artımı kimi məsələ hazırda banklarda mövcud deyil Kəlbəcərin İstibulaq kəndinin görüntüləri – VİDEO Neft Fondu tender elan edir Zakir Nuriyev: Çalışırıq ki,insanların banklarla mövcud olan mübahisələri məhkəmədən kənar məhz ombudsman vasitəsilə həll edilsin Embawood işçi axtarır Şuşada ABB-nin Müşahidə Şurasının iclası keçirildi Azercell sosial şəbəkələrdə yarışma elan edir Gəncə Yaşayış Kompleksinin mənzillərinin təmir nümunələri təqdim olundu Bu fermerlər subsidiyaları ilin əvvəlində alacaqlar İranla nüvə sazişi üzrə danışıqlar bərpa edilib Dünya bazarında qəhvənin qiyməti son 10 ilin ən yüksək həddinə çatıb UNDP Azərbaycanda peşə təhsilinə dəstək verir

Əziz Axundov: Şuşa, Xocavənd və Cəbrayılda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları quraşdırılıb – MÜSAHİBƏ

“Nar”ın İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Əziz Axundovun “Fins.az”a müsahibəsi:

İşğaldan azad olunmuş ərazilərlə bağlı hansı planlarınız var?

Mobil operator olaraq əsas hədəfimiz bütün ölkə ərazisində şəbəkəmizin əhatə dairəsini daim genişləndirməkdir. Eləcə də, işğaldan azad edilmiş regionlarımızın müasir və daimi şəbəkə infrastrukturu ilə təmin edilməsi əsas prioritetlərimizdən biridir. Artıq ilkin mərhələdə, Şuşa, Xocavənd və Cəbrayılda 2G, 3G və 4G texnologiyalı baza stansiyaları quraşdırılıb. Planımıza uyğun olaraq, digər azad olunmuş əraziləri də şəbəkə ilə təmin etmək üçün baza stansiyaları quraşdıracağıq. Onu da əlavə edim ki, Vətən müharibəsi dövründə də səyyar baza stansiyaları vasitəsilə işğaldan azad edilmiş əraziləri mobil rabitə ilə təmin edirdik. Müvafiq icazələrdən və azad edilmiş ərazilərimizdə məskulaşma prosesi başlayandan sonra “Nar”ın  satış və xidmət mərkəzləri də abunəçilərimiz üçün fəaliyyət göstərəcək. Bir sözlə, azad olunmuş ərazilərdə ən müasir infrastruktur yaratmaq üçün investisiya edirik və edəcəyik.

Sizin digər mobil operatorlardan əsas fərqiniz və üstünlüyünüz nədir?

“Nar” olaraq əsas hədəfimiz müştərilərin artan tələblərini anlayan və onlara cavab verən mobil operator olmaqdır. Yəni, müştəri yönümlülük bizim üçün çox vacibdir. Hər bir müştərimizə fərdi yanaşmaqla, onların tələblərini və ehtiyaclarını anlayırıq və təqdim etdiyimiz məhsulları, tarifləri, internet paketlərini də məhz müştərilərimizin ehtiyaclarına uyğun olaraq  müəyyən edirik. Mobil telefonla kəsintisiz danışmaq, sürətli  internetdən yararlanmaq və ya hər ikisini özündə birləşdirən vahid paketlərdən faydalmaq istəyən abunəçilərimizi nəzərə almışıq.

Bundan başqa, hesabı daha asan idarə etməyə imkan verən “Nar+” tətbiqi istifadəçilərin gündəlik həyatlarına rahatlıq və çeviklik gətirməkdədir. Tətbiq abunəçilərə artıq Çağrı Mərkəzinə müraciət etmədən və Xidmət Mərkəzlərinə getmədən bir çox mühüm əməliyyatları bir kliklə yerinə yetirməyə imkan verir. Tətbiq vasitəsilə bir neçə saniyə ərzində yeni internet paketini sifariş etmək, tariflər haqqında məlumat əldə edib, ən uyğun tarifə qoşulmaq, mövcud tarifi dəyişmək, hesab üzrə izahlı qaimə əldə etmək və digər mühüm əməliyyatları həyata keçirmək mümkündür.

Müştərilərimizin mağaza təcrübəsinin mükəmməlləşdirilmək məqsədilə satış və xidmət mərkəzlərimizi tamamilə yeni konseptdə təqdim etməkdəyik. Artıq 24 “Nar” xidmət və satış mərkəzimiz yenilənib və ən müasir avadanlıqlarla təchiz edilib. Biz satiş və xidmət mərkəzlərimizin yenilənməsini bütün ölkə boyu və bütün mağazalarımızda bu il davam etdiririk və növbəti ildə də həyata keçirəcəyik.

Abonent niyə sizi seçməlidir?

Hazırda “Nar” abunəçilərinin sayı 2,3 milyondur. Abunəçilərimiz bizi şəbəkəmizin sürətli və keyfiyyətli olması, onların istəklərini və tələblərini nəzərə alaraq məhsullar təqdim etməyimiz və onlarla ünsiyyət formamızın nəticəsi olaraq seçir. Yuxarıda da qeyd etdiyim kimi, hər seqmentdə olan müştərilərimizi nəzərə almışıq və onların tələblərinə uyğun məhsullar təqdim edirik. “Nar” olaraq bizim müştəriyönümlük strategiyamızın əsas göstəricisi müştəri məmnuniyyətinin nəticəsidir. Durmadan şəbəkəmizin əhatə dairəsini paytaxtla yanaşı, regionalrımızda da genişləndirməkdəyik. Fəxrlə deyə bilərik ki, artıq ucqar kəndlərdə yaşayan insanlar da “Nar” şəbəkəsi ilə əhatə olunub. Ümumilikdə, ölkə üzrə 8760-dən çox baza stansiyamız var. Hazırda ölkə ərazisinin 90%-ni, əhalinin isə 99.9%-ni şəbəkə ilə əhatə edirik..

Müştərilərimizin son iki il ərzində “Nar”ı ölkədə Müştəri Loyallığı İndeksinə (NPS – Net Promoter Score) görə ən yaxşı mobil operator kimi qiymətləndirməsi onu göstərir ki, müştərilər bizim təklif və xidmətlərimizi yüksək qiymətləndirir.  

Hazırda hansı mövsümi kampaniyalarınız var?  

Hazırda hər bir müştəri seqmentinə uyğun olan məhsullarımızın yenidən tanıtım kampaniyasını edirik. Belə ki, hər bir müştəri öz istək və tələblərinə uyğun olaraq, “Nar”ın təqdim etdiyi xidmət və tariflərindən asanlıqla faydalana bilər. Məsələn, bütün xidməti bir paketdə almaq istəyən müştərilərimizə “FULL” paketlərini təqdim edirik. “FULL” paketlərində müştərilər həm bol internet, həm danışıq dəqiqələri və bonusları paket şəklində bir yerdə əldə edirlər. Bundan başqa, “FULL” paketlərində meqabaytları dəqiqələrə, dəqiqələri meqabaytlara çevirmək mümkündür.

Daha çox söhbət etməklə, kəsintisiz ünsiyyət qurmaq istəyən abunəçilərimizə “Unikal” tarifini təqdim edirik. Bu tarif ölkədaxili bütün istiqamətlərə vahid qiymətə danışmaq imkanı verir. Zəng xidməti ilə yanaşı, hər zaman onlayn olmaq və kəsintisiz internetdən həzz almaq istəyənlərə isə müxtəlif həcmli internet paketləri təklif edirik.

 Xaricə səfər edənlər üçün təqdim etdiyiniz “Roaminq” tarifləriniz dəyişibmi?

Qeyd etdiyim kimi, məhsullarımızı abunəçilərimizin tələblərinə uyğun olaraq müəyyən edirik. Təqdim etdiyimizi rominq paketləri çox sərfəlidir. Abunəçilərimizin müxtəlif ehtiyaclarına uyğun olaraq, 4 rominq paketi təqdim edirik.  “Roaming 9” paketi abunəçilərə 500 MB internet, “Roaming 15” paketi 500 MB internet və 50 dəqiqə səsli zəng, “Roaming 18” paketi 1 GB internet,  “Roaming 28” paketi isə 1 GB internet və 100 dəqiqə səsli zəng xidməti təklif edir. Bildiyimiz kimi, “WhatsApp” hazırda insanların gündəlik ünsiyyətinin ayrılmaz bir hissəsinə çevrilib və günümüzün əhəmiyyətli hissəsini “WhatsApp” yazışmaları ilə keçiririk. Demək olar ki, dünyanın istənilən nöqtəsindən bütün əhəmiyyətli işlərimizi “WhatsApp” yazışmaları üzərindən edə bilirik. “WhatsApp”ın abunəçilərimiz üçün əhəmiyyətini nəzər almışıq və “Roaming 18” və “Roaming 28” paketlərində “WhatsApp” yazışmaları tamamilə pulsuzdur, yəni bu trafik abunəçinin internet paketindən çıxılmır.

 Şirkətiniz bir sıra sosial layihələrdə iştirak edir. Həmin layihələri özünüz seçirsiniz, yoxsa dəvət və təkliflər gözləyirsiniz?

– Əlbəttə, telekommunikasiya sahəsi ilə yanaşı, cəmiyyət üçün həssas olan məsələlərdə də effektli addımlar atmaqdayiq. Şirkət olaraq öz məsuliyyətimizi dərk edirik və korporativ sosial məsuliyyət (KSM) strategiyası çərçivəsində vacib sosial aksiyalar həyata keçirməkdəyik. Məsələn, fiziki məhdudiyyətli insanlara qayğı göstərmək və onların cəmiyyətə inteqrasiya olunması istiqamətində müxtəlif əhəmiyyətli və uzunmüddətli layihələr icra etmişik. Bu yaxınlarda Azərbaycanda ilk elektron jest dili lüğəti hazırlanıb istifadəyə verildi. Elektron lüğətdə 3000-dən çox söz və söz birləşməsi, jestlərinin izahedici mətnləri, eləcə də 2100-dən artıq şəkillər və videolar sayta yerləşdirilildi. “Doğma jest dili” lüğətinin elektron variantı eşitmə və nitq məhdudiyyəti olanlar və onların yaxınları, həmçinin bu qrup insanlarla işləyənlər üçün faydalı vəsait olacaq.

Bundan başqa, təhsil və maariflənmənin inkişafı, gənclər arasında idmanın təbliği də bizim KSM strategiyamızın ən vacib istiqamətləridir. İlk dərs günündə – 22 sentyabrda Vətən müharibəsi dövründə ermənilərin atdığı mərmilər nəticəsində Füzuli və Tərtər rayonlarında zərər dəymiş 4 məktəbə dəstək olduq. Birinci sinfinə gedən 70-dən artıq şagirdə tədris ili dövründə istifadə edəcəkləri dəftərxana ləvazimatları təqdim etdik. Hər il olduğu kimi bu il də ənənəmizə sadiq qalaraq, ali məktəblərə daxil olmaq üçün qəbul imtahanlarında ən yüksək bal toplamş abituriyentləri mükafatlandırdıq.

KSM stratefiyamızın digər vacib istiqaməti milli elementlərə malik layihələri özündə əks etdirən təşəbbüsləri dəstəkləməkdir. Xüsusilə, Vətən müharibəsindən sonra şəhid və qazi alələrinə dəstək olmaq və azad edilmiş ərazilərin dirçəldilməsinə töhfə vermək sosial layihələrimizin əsas istiqamətlərindən biridir. İndiyədək  şəhid və qazi ailələrinə dəstək məqsədilə bir neçə layihə icra etmişik. “YAŞAT” Fondunun və “ASAN Könüllüləri” Təşkilatının birgə təşkilatçılığı ilə şəhid övladları üçün  həyata keçirilən “YAŞAT” düşərgəsinə dəstək olduq. Paytaxtla yanaşı, regionlarda da şəhid və qazi  övladlarının təhsilinə dəstək olacağıq. Belə ki, şəhid və qazi ailələrindən olan 11-ci sinif şagirdləri üçün bir il ərzində universitetə hazırlıq, psixoloji dəstək və şəxsi inkişafa yönəlmiş müxtəlif təlim, səfər və tədbirlər təşkil ediləcək. Həmçinin universitetlərdə təhsil alan bir neçə şəhid övladına “Nar” tərəfindən aylıq təqaüd veriləcək. Bundan başqa, Zəfər Günü ərəfəsində də bu istiqamətdə uğurlu layihələr icra edəcəyik.

Qeyd edim ki, “Nar” ümumilikdə 2020-ci ildə KSM və sponsorluq layihələri üçün 1,7 milyondan artıq , bu il ərzində isə 900 min AZN-dən çox vəsait xərcləyib. Bizə müxtəlif layihələrə dəstək olmaqla bağlı təkliflər gəlir və öz ideyalarımız da olur. “Nar”ın korporativ sosial məsuliyyət istiqamətlərinə uyğun layihələr olduqda onları dəyərləndirir və dəstək oluruq.

SHARE THIS STORY

FacebookTelegramTwitter